Bu gün:

“Əhvalınız pis olanda yatmayın” xəbərdarlığı!


Gündəlik həyatınızda planlarınızdan kənar bəzi vəziyyətlər baş verə bilər. Gün ərzində baş verən hadisələrə və vəziyyətlərə verəcəyiniz reaksiyalar zaman-zaman xəyal qırıqlığı ilə nəticələnə bilər və duyğularınız daha qarışıq ola bilər. Problemlər  qarşısında insanlar tez-tez getməyi, görməməzlikdən gəlməyi və həll yolu kimi qaçmağı üstün tutsalar belə, bu addımlar həll yolu deyil. Yaxşı, əhval pozğunluğu zamanı nə etmək olar? Bu barədə bizə ekspert psixoloq Kaan Üçyıldız məlumat verib. 

Üçyıldız: "Əhvalınız pis olanda yatdığınız zaman beyniniz dincələcək, ancaq oyandığınız zaman bütün mənfi düşüncələriniz qaldığı yerdən başlayacaq və sizi daha çox düşünməyə vadar edəcək. Yatarkən problemlərdən və narahatlıqlardan uzaqlaşdığınızı düşünə bilərsiniz, amma bu sağlıqlı deyil", – deyə bildirib.

Araşdırmalar göstərir ki, yuxu həyat təcrübələrinin şüurda daha çox yer almasına kömək edir və emosiyaların effektivliyini artırır. Üçyıldız: "Həyatınızdakı neqativ hadisələr və situasiyalarda yatmağa üstünlük verməniz, yaşadığınız hadisəni və emosional reaksiyanı qorumağa çalışmağınıza səbəb olacaq. Qısacası, yatmaq əhvalınızı yaxşılaşdırmır, əksinə, sizi daha da bədbəxt edə bilir",– deyə bildirib. 

Yatmaq əvəzinə nə etmək olar?

- Yaşadığınız problemləri yaşamış oxşar insanların təcrübəsindən faydalanın. 


- Mənəviyyatınızı pozan vəziyyət ikitərəfli münasibətlərinizdirsə, probleminiz olan şəxslə birbaşa danışın. Hisslərinizi və düşüncələrinizi təmkinlə ifadə edərək  söhbət edin. 

Mütəxəssis Psixoloq Kaan Üçyıldız, "Ən əhəmiyyətlisi həyatınızın hər anında problem və narahatlıqlarla qarşılaşmağınızdır, ancaq problemlərin həlli üçün məsuliyyət daşımağınız lazımdır. Problemləri düşünün, alternativlər yaradın, ətrafınızdan fikirlər alın və sizin üçün ən uyğun həll yolunu tətbiq edin. Ona görə addım atın, hərəkət edin, ancaq unutmayın ki, yatmaq həll deyil. Yatmaq  problemləri həll etmir, yalnız bədəni dincəldir, problemlər isə olduğu kimi qalır".

Mənbə: HaberTürk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et