Bu gün:

Hipertoniya xəstələrinə isti hava xəbərdarlığı


Hipertoniya xəstələrinin yay istisində qidalanma şərtlərinə diqqət etmələri lazım olduğunu bildirən kardiologiya mütəxəssisi Dos. Dr. Adnan Kaya mühüm xəbərdarlıqlar edib.

Kardiologiya Mütəxəssisi Dos. Dr.  Adnan Kaya hipertoniyanı təyin edərək bildirib: “Hipertoniya qan damarlarının daxili səthinə yüksək təzyiqlə davamlı olaraq pompalandığı bir vəziyyətdir. Qan təzyiqi normadan yüksək olduqda, ürəyə və damarlara əlavə yük qoyulur. Hipertoniya, ürək xəstəliyi, iflic, böyrək problemləri və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər”. 

Hipertoniya tez-tez "səssiz qatil" kimi tanınır, çünki simptomlar gec müəyyən olunur  və xəstələr vaxtında müalicə edilmədikdə ciddi problemlərlə üzləşir.

Müntəzəm olaraq sağlamlıq müayinələri edilməlidir

Hipertoniyanın bəzən yuxarıdakı əlamətlərlə özünü göstərdiyi halda, bəzən də heç bir əlamətinin görünmədiyini qeyd edən Dos. Dr. Kaya qeyd edib: “Ona görə də xəstəliyin erkən diaqnostikasında müntəzəm sağlamlıq müayinələri və təzyiq ölçmələri böyük əhəmiyyət kəsb edir. Hipertoniya müntəzəm təqib və müvafiq müalicə ilə idarə oluna və ciddi sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər”.

İsti havalarda hipertansiyon xəstələrinə tövsiyələr:

Maye qəbulu: Hipertoniya xəstələri isti havalarda daha çox maye qəbul etməlidirlər. Bol su içmək orqanizmin maye balansını qorumaq və qan təzyiqini nəzarət altında saxlamaq üçün vacibdir. Spirtli içkilərin və kofeinli içkilərin istifadəsindən çəkinmək lazımdır.

 Sərin mühit: İsti havalarda mümkün qədər sərin mühitdə olmaq vacibdir. Kondisionerlərdən və ya ventelyatorlardan istifadə interyeri sərin saxlamağa kömək edə bilər. Sərin mühit təmin edilə bilmirsə, kölgəli yerlərdə dincəlmək vacibdir.

Yüngül geyim: Yüngül və rahat geyimlərə üstünlük verilməlidir. Bədən istiliyini tənzimləməyə kömək edəcək boş və yüngül geyimlərə üstünlük verilməlidir.

 Müntəzəm dərman istifadəsi: Hipertoniya xəstələri həkimlərinin təyin etdiyi dərmanlardan mütəmadi olaraq istifadə etməlidirlər. Dərmanların təsiri isti havalarda dəyişə bilər, ona görə də həkiminizin göstərişlərinə əməl etmək vacibdir. Uzaq səfərə çıxarkən dərmanlarınızın yanınızda olduğundan əmin olun.

İdman saatları: İsti havada idman edərkən diqqətli olmaq lazımdır. Ən isti saatlarda məşq etməkdən qaçınılmalı və məşqlər səhər tezdən və ya günortadan sonra edilməlidir.  Bundan əlavə, məşq zamanı həddindən artıq gərginlikdən qaçınmaq lazımdır.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et