İsti havalarda burun qanamalarına diqqət yetirilməsi lazım olduğuna diqqət çəkən Otorinolarinqologiya Mütəxəssisi Dr.Murat Arslanhan, "Burun qanamasının əsas səbəbləri burun travması, yüksək təzyiqli burun spreyi istifadəsi, selikli qişada quruluq, xroniki sinüzit, allergik rinit və qan xəstəlikləri, kəllədaxili şişlər və hipertoniyadır", – deyə bildirmişdi.

Yay mövsümündə burun qanaması hallarında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bunun altında isti və quru havanın burnun selikli qatını qurutması və nəticədə kapilyarların qıcıqlanması faktı var. Bununla belə, bəzən “həddindən artıq istidəndir” deyərək gözardı edilən burun qanamasının altında ciddi xəstəliklərin də ola biləcəyi bildirilir.
Otorinolarinqologiya mütəxəssisi Dr.Murat Arslanhan burun qanamasının yüzdə 90 faizinin yüngül olduğunu və adətən öz-özünə getdiyini, ancaq yüzdə 10-a yaxınının yüksək təzyiq kimi ciddi problemlərin əlaməti ola biləcəyinə diqqət çəkərək əhəmiyyətli məlumatlar verdi.
Dr. Arslanhan: "Burun boşluğunun daxili səthini örtən selikli qişa adlanan təbəqə damarlarla zəngindir və səthə yaxın olduğu üçün xarici mühitlə təmasda olur. Buna görə də bəzən burnumuz rahat qanaya bilər. Burun qanamasının əsas səbəbləri arasında burun travması, burun boşluğuna barmaq və ya yad cisim soxulması, burun qişasının quruması, burun boşluğunda xroniki cisim istifadəsi, burun tıxanıqlığı, allergetik rinit və qan xəstəlikləri, kəllədaxili şişlər və hipertoniyadır". Hipertansiyonlu xəstələrin yay aylarında uzun müddət istiyə məruz qala biləcəyini izah edərək, təzyiqləri yüksəlməyə meyllidir. Dr.Arslanhan: "Hipertoniyaya bağlı burun qanamalarında tez-tez baş ağrısı inkişaf edir və qanamadan əvvəl boyunda döyünmə hiss olunur. Bədən yüksək təzyiqə dözə bilmirsə, beyin damarlarındakı təzyiqi azaltmaq üçün burundakı kapilyarlar çatlayacaq. Bu, bədən tərəfindən istehsal olunan müvəqqəti bir həlldir. Bu səbəblə qan təzyiqi vaxt itirmədən uyğun müalicələrlə aşağı salınmalıdır".
Sözlərinə davam edən Dr. Arslanhan qeyd edib ki, belə bir hadisənin yaşanmaması üçün kondisionerin işlədildiyi otaqda pəncərələr bir az açılmalı və ətrafdakı hava nəmləndirilməlidir. Burun qanamasının qarşısını almaq üçün quruluq hiss olunduğu zaman burun selikli qişasını nəmləndirən damcıların istifadə edilə biləcəyini və bol maye qəbul edilməsi lazım olduğunu irəli sürən Arslanhan həmçinin bildirib ki, burun təmizliyi zamanı güclü üfürmə hərəkətindən də qaçınılmalıdır. Bundan əlavə, hipertoniya xəstələrinin, xüsusən də havaların çox isti olduğu günlərdə məcburi olmadıqca çölə çıxmaması məqsədə uyğun olardı.
Mənbə: CNN Türk
Tərcümə etdi: Xədicə Cabbarlı
