Bu gün:

Olduğunuz mühiti çox soyutmayın


Mütəxəssislər 40 dərəcəni keçən temperaturda sağlamlığımızı qorumaq üçün vacib məsləhətləri bölüşüblər. 

Həddindən artıq soyutmadan ətraf mühitin temperaturunu 22 dərəcə saxlamaq lazım olduğunu vurğulayan Mütəxəssis Ayşe Şengel deyib: "İstiliklərə görə əl və ayaqlardakı ödemi azaltmaq və tez rahatlamanı təmin etmək istəyirsinizsə, əllərinizi və ayaqlarınızı 10 dəqiqə soyuq suda islatmağınız kifayət edər".

İsti vuruşun xroniki xəstəlikləri olan insanlarda komaya qədər gedə bilən sinir sistemi pozğunluğu olduğunu izah edən Şengel isti vurmanın ən əhəmiyyətli əlamətlərinin yüksək hərarət, halsızlıq, baş ağrısı, ürəkbulanma və qusma olduğunu deyir. İsti vuruşa məruz qaldıqda maye dəstəyinə ehtiyac duyulacağını vurğulayan Şengel deyir: "Özünü zəif və yorğun hiss etdikdə evdə və həkim nəzarəti altında dəstək almaq təhlükəsizlik baxımından əhəmiyyətli olacaq".

Mənbə: güneşgazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et