Bu gün:

Rusiya Ayda tədqiqat aparacaq


Rusiya Ayın tədqiqi istiqamətində yeni addımlar atmağa hazırlaşır. Roskosmos rəhbərliyi Ayın səthində genişmiqyaslı araşdırmalar aparılacağını açıqlayıb. Bu layihə Ayın daxili quruluşunun öyrənilməsinə yönəlib.

Roskosmos rəhbəri Dmitri Bakanov bildirib ki, Ayın səthi xüsusi cihazlarla skan ediləcək. Həmçinin Ay torpağının toplanması və əldə olunan məlumatların Yerə ötürülməsi planlaşdırılıb. Bu məqsədlə 2026-cı ildən etibarən Ayın daxili quruluşunu araşdıracaq avadanlıqların hazırlanmasına başlanacaq. Rusiya bu proqramı Çin və digər ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirib. Layihəyə ümumilikdə 15 ölkənin qoşulması nəzərdə tutulur. Bu təşəbbüs Ayın daha dərindən öyrənilməsinə və kosmik tədqiqatların inkişafına töhfə verəcək.

Mənbə: TRT Haber


Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et