Bu gün:

Günəş kremi mütəxəssis nəzarəti altında seçilməlidir


İqlim dəyişib, istilər dünyanı yandırır. Mütəxəssislər günəş şüalarına qarşı günəş kremk istifadəsinin əhəmiyyətinə diqqət çəkir və günəş kremi seçiminin mütəxəssis nəzarəti altında edilməsi lazım olduğunu vurğulayırlar.  Mütəxəssislər, “Günəş kremi bilinən əksinə təkcə yayda deyil, bütün fəsillərdə istifadə edilməlidir.  İstifadə olunan günəş kreminin günəşdən qorunma faktoru 30-dan aşağı olmamalıdır",- deyə xəbərdarlıq edib.

Günəş şüalarına uzun müddət və qorunmadan məruz qalma dəridə müxtəlif problemlər yarada bilər. Günəş yanıqları, dəri ləkələri, qırışlar və dəri xərçəngləri ultrabənövşəyi A və B şüalarının yaratdığı əsas problemlərdir. Bu xəstəliklərlə yanaşı sızanaq, rosacea (qızılgül xəstəliyi), lupus xəstəliyi, vitiliqo kimi dermatoloji xəstəliklərin şiddətlənməsində günəş mühüm rol oynaya bilər.  Dermatologiya Mütəxəssisi Dr.  Gürkan Yardımcı günəş şüalarının dəriyə təsiri və günəşdən qoruyucu kremlərin seçimi haqqında məlumat verib.

 Kimlər təhlükədə 

 Uşaqlıqdan günəş işığına məruz qalmanın açıq dərili insanlarda xüsusilə üz, qol və gövdədə çillərə səbəb ola biləcəyini ifadə edən Dr.  Yardımcı qeyd edib ki, bu, xüsusilə üz nahiyəsində, hamiləlik zamanı və hormonal dərman qəbul edən insanlarda tünd qəhvəyi-qara ləkələr yarada bilər.  Uzun müddət ultrabənövşəyi şüalara məruz qaldıqdan sonra üz, baş dərisi, alt dodaq, qulaq və əlin arxasındakı sağalmayan yaraların yeni bir dəri xərçənginin xəbərçisi ola biləcəyini ifadə edib. Dr. Yardımcı: "Ömrünün çox hissəsini açıq havada keçirən insanlar (dənizçilər, təsərrüfat işçiləri, balıqçılar və s.), tez-tez günvurma tarixçəsi olanlar, xüsusilə, ikinci və üçüncü dərəcəli günəş yanığı riski olan qrupdadır",- deyib. 

Genetik olaraq Melanoma adlı dəri xərçənginə meylli fərdlərin dəri üzərindəki molların günəş şüalarının təsiriylə dəyişə bildiyini qeyd edən Yardımcı: "Asimetrik quruluşlar, rəng dəyişikliyi, ölçülərdə böyümə, sərhədlərindəki dəyişikliklər və zamanla inkişaf edə biləcək molların quruluşu yaxından izlənilməli və lazım olduqda bir dermatoloq tərəfindən qiymətləndirilməlidir",- deyə vurğulayıb.

Günəş kremi seçərkən 7 vacib qaydaya diqqət

 Dr. Yardımcı həm dəri növünə, həm də tətbiq olunacaq bölgəyə uyğun məhsul seçilməli olduğunu bildirərək, günəş kremi seçərkən diqqət etməli məqamları sıralayıb:

 1-Günəş kreminin seçimi mütəxəssisin nəzarəti altında edilməlidir.

Dermatoloq dəri tipinizə və mövcud dəri problemlərinə əsasən tövsiyələr verəcəkdir. Günəş kremi məqsədsiz istifadəsi dəriyə zərər verə bilər. Hər dəri növü üçün fərqli məhsullar var.

 2- Üz bölgəsi üçün yağlı dəri olan insanlar su əsaslı, yağsız, komedogen olmayan (qara və ağ ləkələr yaratmayan) günəş kremlərinə üstünlük verməlidir.

 Bu məhsullar əsasən gel, gel-krem və ya losyondur.

 3- Quru dəriyə sahib olanlar və orta yaşdan yuxarı olanlar nəmləndirici xüsusiyyəti və antioksidant tərkibli günəş kremlərinə üstünlük verə bilər.

 Bu məhsullar adətən kremlər və losyonlar şəklində olur.

 4- Qızılgül xəstəliyi və həddindən artıq həssas dəri olan insanlar mümkün olduğu qədər kimyəvi tərkibi azaldılmış və allergiya riski az olan məhsullardan istifadə edə bilərlər.

 5- Hamilə və süd verən qadınlarda mineral filtrli, yəni kimyəvi filtr xüsusiyyətli günəş kremləri seçilməlidir.

 6- Mümkün allergik reaksiyalar səbəbiylə 6 aydan kiçik körpələrdə günəş kremlərin istifadəsi tövsiyə edilmir.

 Buna görə də 0-6 aylıq körpələr fiziki qoruyucu geyimlə günəşdən qorunmalıdır.

 7- Altı aydan böyük körpələr üçün xüsusi olaraq istehsal edilən günəş kremlərinə üstünlük verilə bilər.

Üz xaric bədən nahiyələri üçün istifadə ediləcək günəş kremləri isə daha böyük ölçülərdə losyon və sprey kimi istifadə edilə bilər.

Mənbə: Sabah

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et