Google süni intellekt əsaslı real vaxt tərcümə xüsusiyyətini iPhone istifadəçilərinə və 9 yeni ölkəyə açıb.

Google, "Live Translate" xüsusiyyətinin iOS platformasına və bir sıra yeni ölkələrə genişləndirildiyini elan edib. Artıq istifadəçilər istənilən qulaqlıq vasitəsilə canlı danışıqları 70-dən çox dildə real vaxt rejimində tərcümə etdirə biləcək.
Gemini süni intellekti ilə işləyən bu xüsusiyyət hər bir danışanın ton, vurğu və nitq tempini qoruyaraq tərcümə edir. Əvvəllər yalnız ABŞ, Hindistan və Meksikada Android istifadəçilərinə təqdim edilən xüsusiyyət, indi Hindistan, Meksika, Almaniya, İspaniya, Fransa, Nigeriya, İtaliya, Böyük Britaniya, Yaponiya, Banqladeş və Tailandda da — həm Android, həm də iOS cihazlarında — istifadəyə açılıb.
Xüsusiyyətdən istifadə etmək üçün Google Translate tətbiqini açmaq, "Live Translate" seçimini tapmaq və qulaqlığı qoşmaq kifayətdir.
Eyni gün Google, kamera əsaslı axtarış xüsusiyyəti olan Search Live-ı da 200-dən çox ölkə və ərazidə bütün dillərə genişləndirdiyini açıqladı. 2025-ci ilin iyulunda təqdim edilən bu xüsusiyyət, istifadəçilərə telefon kameralarını ətrafdakı obyektlərə yönəldərək süni intellektlə söhbət aparmağa imkan verir.\
Mənbə: TechCrunch
Tərcümə etdi: Nərmin Məmmədzadə
