Bu gün:

Macarıstanda Polşa avtobusu qəzaya uğradı: ölən və yaralananlar var


Macarıstanın magistral yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı Polşa qeydiyyatlı sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb. Qəza nəticəsində 12 nəfər həlak olub, onlarla sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Hadisə bazar günü yerli vaxtla səhər saat 01:00 radələrində Budapeşti Nyirendhaza şəhəri ilə birləşdirən M3 magistral yolunda qeydə alınıb. İlkin polis araşdırmalarına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub və sürücü saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölkənin baş naziri Piter Magyar həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et