Gerald Rhemann tərəfindən çəkilmiş fotoşəkildə Leonard Kometasının quyruğunun bir hissəsinin kometadan ayrıldığı görünür.

Leonard Kometasının bu şəkli 25 dekabr 2021-ci ildə Namibiyada astrofotoqraf Cerald Rhemann tərəfindən çəkilmişdir. Comet C/2021 A1 kimi də tanınan Leonard kometası 2021-ci ilin yanvarında Arizona Universitetinin əməkdaşı Qreqori Leonard tərəfindən kəşf edilib.
Təxminən 1 kilometr genişlikdə olan Leonard kometa 12 dekabr 2021-ci ildə Yerə ən yaxın məsafədən keçərək Günəşə yaxınlaşmağa davam edib. Günəşə yaxınlaşdıqca kometin parlaqlığının artacağı düşünülürdü. Lakin vəziyyət proqnozlaşdırıldığı kimi olmadı və kometa qaralmağa başladı. Parlaqlığın azalması kometin Günəşə yaxınlaşdıqca parçalanması ilə bağlı ola bilər.
Kometlər buz, toz və qazdan ibarətdir. Günəşə yaxınlaşdıqca, onların temperaturu artdıqca strukturlarındakı bərk maddələr birbaşa qaz vəziyyətinə keçir, yəni sublimasiya edir. Beləliklə, onların özəkləri ətrafında bir atmosfer yaranır. Bu atmosfer günəş küləklərinin təsiri altında quyruğa bənzər forma alır. Kometlər Günəş küləyi ilə qarşılıqlı əlaqədə olduqda ionlaşmış qazlardan ibarət plazma quyruğu kometin başından və ya nüvədən ayrıla bilər.
Gerald Rhemann tərəfindən çəkilmiş fotoşəkildə Leonard Kometasının quyruğunun bir hissəsinin kometadan ayrıldığı görünüb.
Gerald Rhemann Britanya Kral Rəsədxanası tərəfindən təşkil edilən "2022-ci ilin Ən Yaxşı Astronomiya Fotoqrafı" müsabiqəsində “Bağlantıların kəsilməsi hadisəsi” adlı fotoşəkili ilə qalib olub.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
