Bu gün:

Türkiyə Adanada "Patriot" sistemi yerləşdirib


Türkiyənin Müdafiə Nazirliyi Adananın İncirlik Hərbi Hava Bazasına ikinci bir "Patriot" sisteminin də yerləşdirildiyini açıqlayıb.

Nazirlikdən bu gün bildirilib ki, ikinci sistem də "Almaniyadakı Müttəfiq Hava Komandanlığı tərəfindən verilib".

Bundan əvvəl Almaniyadan göndərilən Patriot hava hücumundan müdafiə sistemi Malatyada yerləşdirilib.

İran müharibəsinin başladığı 28 fevraldan bəri Türkiyənin hava məkanı üç dəfə raket atışı ilə pozulub. Raketlər Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə sistemləri tərəfindən vurulub. Tehran rəhbərliyi Türkiyənin hədəf alınmadığını iddia edir.

Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et