Bu gün:

Özünü tanımaq və düzgün ifadə etmək


"İnsanlar səni istədikləri kimi tanısınlar. Bəs sən özünü aldada bilərsənmi?"

                                Lev Tolstoy

İnsanı özünü tanımaq axtarışına aparan əsas motivlər özünü təkmilləşdirmək, doğruluq və ardıcıllıqdır. Özünü tanımaq istəyi, insanın özü haqqında bilmədiyi bir şeyi özü haqqında öyrənəcəyi düşüncəsinə görə, böyük həyəcan və qorxu ilə qarışıq bir heyrət hissi yaradır. Çünki insanlar özlərindən gizlətdikləri bir şeyin olduğunun fərqindədir. Zaman-zaman özlərini başa düşə bilmir və hərəkətlərini dərk edə bilmirlər.

Özünü tanımaq – bütün psixoloji və fiziki xüsusiyyətlərini, güclü və zəif cəhətlərini, məqsəd və dəyərlərini, istedad və bacarıqlarını bilmək, hisslərindən, düşüncə və davranışlarından xəbərdar olmaq deməkdir.

Əgər siz özünüzü tanıyırsınızsa, baş verənlərdən xəbərdar olacaq, onları düzgün qiymətləndirəcək, baş verə biləcək şeylər qarşısında hansı hissləri keçirəcəyinizi və hərəkət edəcəyinizi qabaqcadan biləcəksiniz və buna uyğun davranacaqsınız. Özünüzü məhsuldar və effektiv etmək üçün həyatınızı mənalı, yaxşı bilməli, inkişaf sürətinizi, inkişaf etmək istəyinizi, həyatdan nə gözlədiyinizi, istək və gözləntilərinizə çatmaq üçün nə edə biləcəyinizi düşünməli, bunun məsuliyyətini öz üzərinizə götürərək öyrənməli və etməlisiniz. Özünüzü tanımaq sizdən davranışınızı müşahidə və şərh etməyi və sonrakı təcrübələrinizlə həmin şərhlərin dəqiqliyini sınamağı, qarşılaşacağınız şeylərlə cəsarətlə üzləşməyi və hiss etdiyiniz hisslərə dözə bilməyinizi tələb edir.

Bu, vaxtaşırı olaraq başqalarının qiymətləndirməsini aparmağa və başqalarına necə təsir etdiyinizi müşahidə etməyə kömək edəcək. Heç kim kamil ola bilməz. Nöqsanlarınızı və məhdudiyyətlərinizi bilərək özünüzü qınamayın və günahlandırmayın, qeyri -kamilliyinizə, zəiflik və səhvlərinizə görə utanmayın.

Özünüzü başqaları ilə müqayisə edərək, çatışmayan cəhətlərinizə görə kədərlənməyin. Özünüzü bacarıq və imkanlarınız çərçivəsində sevməklə və qəbul etməklə şəxsi inkişaf yolunda qazanacağınız məlumat və anlayışla öz həyatınızda azad iradənizlə gələcəyinizi istiqamətləndirən bir mövzuya çevrilə bilərsiniz. Bu proses bitkinin böyüməsinə bənzəyir. Bu bitkinin budaqları, yarpaqları, meyvələri və ya saplaqlı kolları olan sağlam ağac olacağına qərar vermək sizin ixtiyarınızdadır. Həyatınızda nəzərə çarpacaq dəyişikliklər etmək üçün güvənsizlik, köməksizlik, günahkarlıq, qəzəb, qorxu, ümidsizlik kimi mənfi emosiyaları bir kənara qoyub ağacınızı böyütməyə davam etməlisiniz. Özünütənqid – inkişaf və dəyişikliklərin ömür boyu davam edən bir prosesidir.

Özünü düzgün ifadə etmək

Özünü tanımaq üçün öz fikrini effektiv və dəqiq ifadə edə bilmək vacibdir. Çünki öz fikirlərini təsirli şəkildə ifadə edə bilmək, insana daxili dünyasından qaynaqlanan meyilləri dərk etməsində və şəxsiyyətlərarası münasibətlərdə özünü ortaya çıxarıb qəbul etməsində kömək edər. Özünü ifadə etmək şüursuz münaqişələrin münasib hesab etdiyi roldan azad olmağa imkan verir. Özünü düzgün ifadə edə bilən insan başqalarının onu başa düşmələrini və gözləntilərini yerinə yetirdiklərini gözləməli olmur. Həyatda heç bir şeyə səy göstərmədən, asanlıqla nail olmaq mümkün deyil.   Yorulmadan və özündən heç nə vermədən asanlıqla əldə olan şeylər insana heç nə qatmayacaq, əksinə, süni, yalan, daimi olacaq və zövq verməyəcək. İnsan özünü məcbur etmədən, bir tapşırığı yerinə yetirməyə səy göstərmədən, yük olmadan "buna nail ola bilməyəcəyəm!"– deyə düşünəndə, öz qabiliyyətlərinin hüdudlarını aşa bilməyəcək; Necə ki, uşağın ilk cəhddə yeriməyi öyrənməsi mümkün olmadığı kimi.

Dəyişiklik mübarizədir. Dəyişiklik uğrunda mübarizəyə özünüzdən bir şey əlavə etməklə, öz istedad və bacarıqlarınızı inkişaf etdirməklə, məhdudiyyətlərinizin öhdəsindən gəlməklə arzu və məqsədlərinizə nail ola biləcəksiniz.

Mənbə: Onedio

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et