Bu gün:

Dar şalvarların zərərləri


Həkimlər dar cins şalvarların əzələlərə və sinirlərə zərər verdiyi barədə xəbərdarlıq ediblər.

Avstraliyada dar şalvar geyinən 35 yaşlı qadının yaşadığı sağlamlıq problemləri həkimlərin araşdırmasında nümunə kimi göstərilib.

Qadın yeni evə köçərkən,əşya dolu qutuları daşıyırmış. Gün ərzində qutuları daşımaq üçün dar şalvarla əyildiyinə görə, evə gedərkən baldırları şişmiş vəziyyətdə olub. Axşama doğru ayaqları uyuşan qadın yeriməkdə çətinlik çəkməyə başlayıb. Həkimlər qadında bədəndə həddindən artıq təzyiqin yaranmasının nəticəsi olan kompartman sindromunun əlamətlərinin olduğunu deyiblər.
Kompartman sindromu bir əzələ daxilində şişlik və qanaxma nəticəsində yaranan ağrı kimi müəyyən edilir. "Skinny jeans" kimi tanınan dar cins şalvarların da əzələ sıxlığını pisləşdirdiyi söylənilir.

Hiss itkisinə səbəb olur
Araşdırmada nümunə olaraq göstərilən avstraliyalı qadın baldırlarında ağrılar səbəbiylə büdrəyib yıxılıb və ayağa qalxa bilməyəndə saatlarla uzanmalı olub.
Qadının sağlamlıq vəziyyətini müayinə edən Royal Adelaide Xəstəxanasının həkimləri onun baldırlarında ciddi şişkinlik olduğunu müəyyən ediblər.
Ayaqlarında kifayət qədər qan dövranı və istilik olsa da, əzələlərinin zəiflədiyi, bəzi nahiyələrdə hissiyatının itirdiyi bildirilib. Qadının aşağı ayağına təzyiq nəticəsində əzələləri və sinirləri də zədələnib. Damarlarında zərdab olan qadın 4 gündən sonra köməksiz özü yeriyə bilib.

Tədqiqat ingilisdilli Journal of Neurology, Neorsurgery and Psychiatry jurnalında dərc olunub.

Həkimlər xəbərdarlıq edir ki, dar, aşağı belli cins şalvarlar da bud nahiyəsində uyuşma və ağrıya səbəb ola bilər.

Mənbə: BBC

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et