Bu gün:

Sarı kişmişin faydaları


Kişmiş hər evdə olan bir qida maddəsi olsa da,faydaları hər kəs tərəfindən ətraflı bilinmir. Üzüm sayəsində, hətta bir çox xəstəliklərdən xilas olmaq mümkündür. Kişmiş müntəzəm yeyildikdə orqanizm bir çox xəstəliklərdən qorunur. Çox şəkərli olduğu təsbit edilsə də, bəzi insanlar tərəfindən diqqətlə qəbul edilməsi tövsiyə edilsə də, tərkibində təbii şəkər olduğu üçün həddindən artıq yeyilmədikdə zərəri yoxdur. 

Kişmişin faydaları:
1.Kişmiş müntəzəm qəbul edildikdə immunitet sistemini gücləndirir.

2.Müntəzəm olaraq kişmiş yeyən insanların sümükləri möhkəm olur.

3.Kişmişin qəbuluhəzm sisteminin düzgün və lazım olduğu kimi işləməsini təmin edir.

4.Hər gün 1 ovuc kişmiş yeyilərsə toxluq hissi artır.

5.Müntəzəm olaraq kişmiş yeyən insanların xolesterinin səviyyəsi tənzimlənir.

6.Kişmiş yemək depressiyanı və yorğunluğu azaldaraq insanın enerjisini artırır.

7.Kişmiş orqanizmi revmatizm və revmatizmlə əlaqəli bütün xəstəliklərdən qoruyur.

Kişmişin zərərləri:

Kişmişin saymaqla bitməyən faydaları həddindən artıq yeyildikdə bir qədər zərər verə bilər. Kişmişin zərərləri arasında ən çox diqqət çəkəni həddindən artıq yeyildikdə kilo almasına səbəb ola bilməsidir. Bəzi insanlarda kişmişin həddindən artıq qəbulu pestisid problemlərinə səbəb ola bilər. Kişmiş liflə zəngin qida olduğundan həddindən artıq qəbul mədə kramplarına, şişkinliyə səbəb ola bilər.

Kişmişin faydalı olduğunu eşidənlər gündə nə qədər kişmiş yemək lazım olduğunu düşünürlər. Gündə bir ovuc kişmiş yemək kifayətdir.

Mənbə: Habertürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et