Bu gün:

Günvurma zamanı nələrə diqqət etmək lazımdır?


Yay zamanı isti vurmanın səbəb olduğu hipertermi vəziyyətini izah edən Daxili Xəstəliklər Mütəxəssisi Dr. Önder Özüm Polat  müalicəsi olmayan istilik vurması beyin, ürək, böyrək və əzələ toxumasına qalıcı zərər verə bildiyini qeyd edib. Gecikmiş müalicə zərəri ağırlaşdırır, ciddi fəsadlar yarada və ölüm riskini artıra bilər. İstilik vurma zamanı ilk 2-3 saat son dərəcə kritik olduğunu bildirib.

Dr. Önder Özüm Polat istilik vurmasında görülə bilən əlamətlərlə əlaqədar olaraq "Yüksək bədən istiliyi (ümumiyyətlə 38 dərəcə və yuxarı simptomlar) baş ağrısı, başgicəllənmə, sürətli ürək döyüntüsü, tənəffüs çətinliyi, narahatlıq, stupor, tərləmə, qusma və şüur dəyişiklikləridir. Müalicəsi olmayan istilik vurması beyin, ürək və s. kimi orqanlara təsir göstərə bilər. Gecikmiş müalicə zədəni ağırlaşdırır, ciddi fəsadlar yarada və ölüm riskini artıra bilər. İstilik vurmasında ilk 2-3 saat son dərəcə kritikdir. Orqanizmin normala dönməsi və həssaslığın aradan qalxması üçün təxminən 1 həftəyə qədər davam edir ”, - deyə qeyd edib. 

Xəstə sərin və havalı yerə aparılır

İstilik vurma zamanı ilk yardımın necə göstərilməsindən danışan Uzm. Dr. Polat “Xəstə sərin və havalı yerə aparılır, paltarları çıxarılır, arxası üstə uzanaraq qolları və ayaqları qaldırılır. Ürək bulanması yoxdursa və şüurludursa, su və duz itkisini aradan qaldırmaq üçün 1 litr su, 1 çay qaşığı soda -1 çay qaşığı duz qarışığı olan maye və ya soda içməlidir. Günvurmadan qorunmaq üçün günəş şüalarının güclü olduğu saatlarda çoxlu soyuq içkilər içmək, soyuq su ilə duş qəbul etmək, bol paltar geyinmək və günəş altında qalmamağa diqqət etmək lazımdır", - deyə bildirib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et