Bu gün:

İsti havalarda su qəbul edərkən nələrə diqqət etmək lazımdır?


Diyetoloq Nur Kösə qızmar istidə həddindən artıq su qəbulunun orqanizmdə mineral və vitamin itkisinə səbəb olduğuna diqqət çəkib.

Başda içməli su olmaqla, bütün içkilərdə və qidalarda olan görünən və görünməyən suyun maye olaraq xarakterizə edildiyini qeyd edən Diyetoloq Nur Köse yay aylarında maye qəbulunun həyati əhəmiyyətli olduğunu bildirib.

İsti havalarda həddindən artıq hərəkət, həddindən artıq protein və duzlu qidalar qəbul edildikdə tərləmə və sidiklə maye itkisi artır. Enerji qəbuluna əsaslanaraq, böyüklər üçün gündəlik su tələbi insan çəkisinin 30 millilitrə vurularaq hesablana bilər.

Məsələn, 60 kiloqram ağırlığındakı bir insan 60x30 = 1.800 millilitr, yəni gündə təxminən 2 litr su qəbul edə bilər. Yayda isti havalarda maye qəbulunu artırmaq üçün prioritetimiz su olmalıdır. Ehtiyacımız olan qədər su içdikdən sonra tərlə itirdiyimiz minerallar üçün adi mineral kimi su, ayran, süd, qəhvə və çay içmək olar.

Diyetoloq Kösə maye qəbulu zamanı nələrə diqqət edilməli olduğunu və mayenin orqanizmdəki funksiyaları ilə bağlı müəyyən məlumatlar paylaşıb. “Su və digər içkilər bədəndəki su balansının qorunmasında əhəmiyyətlidir. Həyat üçün vacib element olan suyu təmiz, sağlam mənbələrdən əldə etməliyik. İnsan yeməksiz günlərlə yaşaya bilər, amma susuz günlərlə yaşamaq mümkün deyil. Ana südü zamanı maye qəbulu artırılmalı və gündə 700 mililitr/1 litr maye əlavə edilməlidir. Xüsusilə, ishal zamanı su, duz və şəkər qarışığı həyat qurtara bilir. Bədəndə mineralların və vitaminlərin itirilməsinə səbəb olduğu üçün həddindən artıq su qəbulundan da çəkinmək lazımdır. Su hüceyrələrin, toxumaların, orqan və sistemlərin işi, bədən istiliyinin tənzimlənməsi, yediyimiz qidanın həzm olunmasına, sovrulmasına və hüceyrələrə daşınmasına imkan verir.


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et