Regionda hərbi qarşıdurma daha da güclənərsə, İran strateji əhəmiyyətə malik olan Hörmüz boğazını bağlaya bilər.

Neft tankerlərinin əsas keçid nöqtəsi — Hörmüz boğazı
24media.az "Al Jazeera"yə istinadənən bildirir ki, bu boğaz Yaxın Şərqdən dünya bazarlarına neft daşınmasının əsas marşrutlarından biri hesab olunur.
Mütəxəssislərin məlumatına görə, dünya üzrə neft tədarükünün təxminən 20 faizi məhz bu dəniz yolundan keçir. Bu səbəbdən boğazın bağlanması qlobal enerji bazarında ciddi gərginlik yarada və neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər.
Hazırda bir sıra ölkələr və beynəlxalq təşkilatlar vəziyyəti yaxından izləyir və regionda sabitliyin qorunması üçün diplomatik həll yollarına çağırış edirlər.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən strateji dəniz yolu olmaqla dünya enerji təhlükəsizliyində mühüm rol oynayır.
Şehrin Musayeva
