Bu gün:

Kayl Uoker milli komanda karyerasını bitirib


35 yaşlı ingilis futbolçu Kayl Uoker milli komanda karyerasını bitirərək qərarını “çətin olub, amma əldə etdiklərimlə qürur duyuram” sözləri ilə paylaşıb.

Təcrübəli müdafiəçi 2018 və 2022 Dünya Kuboklarında, həmçinin 2016, 2020 və 2024 Avropa çempionatlarında ölkəsinin ən vacib oyunçularından biri olub.


Uoker milli formanı son dəfə 2025-ci ilin iyununda "Seneqal" ilə oynanan yoldaşlıq oyununda geyinib.


Uoker İngiltərə milli komandasında 96 dəfə meydana çıxıb və 1 qol vurub.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et