Qarşımızdakı insana özümüzü başa salarkən tez-tez düşüncələrimizi uyğun bir dillə çatdırmağa və ya empatiya dediyimiz bir şəkildə daha yaxın hiss etməyə çalışırıq. Bəzən empatiya qurmadan digər insanla qurmaq istədiyimiz bağ çətinləşir.
1) Tanımadığınız insanlarla daha çox vaxt keçirin
2015-ci ildə İsveçrəli bir qrup üzərində aparılan araşdırmada insanlar tanımadıqları insanlarla vaxt keçirməyə başlayanda ünsiyyət üçün daha çox səy göstərdiklərini və müsbət rəylərin daha yüksək olduğunu müşahidə ediblər. Sonradan tanışları ilə ünsiyyət qurduqda daha anlayışlı olduqları da müşahidə olunub.
2) Stresli olun
"Necə?" soruşa bilərsiniz. Ancaq öz içinizdə yaratdığınız əskiklər əks qütblərin cazibəsi kimi sizi uzaq olduğunuz şeylərə yaxınlaşdıracaq. Stresli olmaq, nə edə biləcəyiniz və ya edə bilməyəcəyiniz barədə daha çox narahat olmağınıza səbəb olur. Empatiya da zəhmət tələb edir. Nə qədər çox cəhd etsəniz, empatiya sizə bir o qədər yaxın olacaq.
3) Daha çox insanla tanış olun
McGill Universiteti tərəfindən aparılan araşdırmada hissiyyat reseptorlarımızın ağrıya verdiyi reaksiyalar müşahidə edilmişdir. Subyektlərdən dostlarının qollarını soyuq suya batırmaq istəndi. Onlar öz dostlarının keçirdiyi ağrı hisslərinə şərik oldular. Empatiya hissini artırmaq üçün yaxşı və pis təcrübələrə açıq olmaq vacibdir. Ailənizə, ətrafınıza və ya dostlarınıza yüksək səviyyədə empatiyanız olduğu müddətcə, onların sizə yanaşması fərqli olacaq.
Mənbə: Ceotudent.com
Tərcümə etdi: Amin Həsənli
