Bu gün:

İçində "stokholm" sendromu olan filmlər


Stokholm sindromu haqqında bəzi filmlər var. Həmin filmlərdən bəzilərini təqdim edirik:

IN TIME

Baş rollarda Castin Timberleyk və Amanda Seyfridin çəkildiyi film insanların 25 yaşından sonra qocalmadığı və ancaq əllərində olan zamanla yaşaya bildikləri bir dünyadan bəhs edir. Bu dünyada kasıb bir ailədən çıxan, qətl ittihamı ilə mühakimə olunan Will Salas obrazı günahsız olduğunu sübut etmək və özünü xilas etmək üçün varlı bir ailənin qızı Sliviyanı qaçırır. Əvvəlcə Willə müqavimət göstərən Slyvia, getdikcə Willdən təsirlənməyə başlayır və ona aşiq olmaqdan özünü saxlaya bilmir.

V For Vendetta

Filmin baş qəhrəmanı V Böyük Britaniyanın korrupsioner faşist nizamını devirmək və öz qisasını almaq istəyir. Diktatura rejiminə qarşı fərdi üsyanın öz planlarına uyğun olaraq necə ictimai hadisəyə çevrildiyini izləyirik. V Evey Hmmond-u gizli polisdən xilas edir. V-nin əlində məhbus olan Evey, V-ni və onun məqsədini başa düşərək, onu özü qəbul edərək tədricən V-nin müttəfiqinə çevrilir.

King Kong

Karl Denham filmini bitirmək üçün Kəllə adasına yollanır. Filmin çəkilişləri davam edərkən baş rol ifaçısı Ann Darrow nəhəng qorilla tərəfindən tutulur. Ennin ilkin qorxusuna baxmayaraq, bu qorxu sonda King Kong və Ennin böyük sevgisinə çevrilir.

The Last Samurai

Baş rolda Tom Kruzun çəkildiyi film 1870-ci illərdə Yaponiyada, Amerika ordusunun üzvü kapitan Nathanın Yaponiya ordusuna təlim keçmək üçün Tokioya gəlməsi ilə başlayır. Onun komandanlığı altında olan ordunun döyüşündə Natan samurayların əsiri olur. Samuray kəndində məhbus olan Natan samuray mədəniyyətini tanıdıqca mənimsəyir və hətta samuraylarla birlikdə öz ordusuna qarşı döyüşür. Girov götürüldükdən sonra fiziki və ya emosional zorakılıq əvəzinə, "Sonuncu Samuray" filmi samuray mədəniyyətini təbliğ etməklə Stokholm Sindromunu fərqli bir perspektivdən bəhs edir.

Mənbə: Ceotudent

Tərcümə etdi: Amin Həsənli


Paylaş
Şərh əlavə et