Bu gün:

Qərarsızlıq zamanı nə etməliyik?


Gündəlik həyatımızda də vacib olmayan bir qərarda ilişib qala bilərik və ya ondan qaçmağa çalışırıq. Deyək ki, seçim etmək üçün bir neçə varian var və amma yenədə bizi narahat edən qorxular, düşüncələr mövcuddur. Amma qərarsızlıqdan qurtulmaq üçündə yollar vardır.

Qərarsızlıq nədir?

Gəlin etiraf edək ki, bizim vacib və ya əhəmiyyətsiz seçimlərimiz çoxdur. Bəzən qərar qəbul etmək asan deyil. Əslində biz özümüzə tez-tez “Mən niyə bu qədər qərarsızam?” sualını veririk. Beləliklə, qərarsızlıq məsələsi ortaya çıxır.

Qərar verməkdə daim çətinlik çəkmək həyatınıza əhəmiyyətli dərəcədə təsir edə bilər və hərəkətsizliyə gətirib çıxarır. Hətta sonda depressiyaya səbəb ola bilər. 

Qərarsızlığın səbəbləri:

1. Seçimlərin çox olması

Tutaq ki, yoldan keçərkən gözünüz vitrindəki dadlı bir şiriniyyata dəydi. Mağazadakı digər şirniyyatlar da diqqətinizi çəkə bilər. Şüşə rəflərdə çoxlu gözəl desertlər var. Siz hansını seçəcəyinizə qərar verə bilmirsiniz. Bu zaman suallar ortaya çıxır. Bu qədər variant olduğu halda düzgün qərar hansı olar?

2. Mükəmməlliyyətçilik və uğursuz olmaq qorxusu

Əgər siz mükəmməllikçisinizsə, yəqin ki, heç vaxt uğursuz olmaq istəmirsiniz, nəticədə qərarsızlıqla mübarizə aparırsınız. Çünki siz seçimlərinizi doğru və ya yanlış olaraq görürsünüz, mütləq yanlış seçim etmək istəmirsiniz. Siz həmişə çətin “mükəmməl qərar”ın arxasınca qaçırsınız, amma təəssüf ki, belə bir şey yoxdur. Bütün bunlar nəticədə qərarsızlığa gətirib çıxarır.

3. Daim kimisə məmnun etmək 

İnsan ailədən sevgi görməzsə, bu zaman içində yetərsizlik hissi yaranır. Daim özünü insanlara sübut  və məmnun etməyə çalışır. Sevgi görməyən insanlar səhv etməkdən çəkinərlər. Nəticədə, qərarsızlıqla qarşı-qarşıya qalırlar.

Mənbə: uplifers

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et