
Gün ərzində enerji ehtiyacları üçün içilən suyun miqdarı çox vacibdir. Yaşından asılı olmayaraq insanlar suyun içilməsinə diqqət yetirməlidirlər. Meyvə və tərəvəzlər gündəlik qəbul edilən bu enerji mənbəyini zənginləşdirmək üçün istifadə edilə bilər. Bu meyvələrdən biri olan limon zəngin tərkibi və vitamilərin bolluğu ilə seçilir.
Gün ərzində limonlu su qəbulu immunitet sistemini gücləndirməyə təsir edir. Xüsusilə, səhərlər limonlu su içmək, orqanizmdə toksinlərin yığılmasının qarşısını alır.
Səhər və yeməkdən əvvəl limonlu su içmək ağız və diş sağlamlığının qorunmasını dəstəkləyir. Qida qalıqları ağızda mikroorqanizmlərin böyüməsinə səbəb ola bilər. Limonlu su sayəsində bu mikroorqanizmləri yox etmək olar. Bu içki həm də təmiz və təravətli nəfəs verir. Bəzi araşdırmalar limon suyu ilə darçın, bal, zəncəfil, zərdəçal və nanə kimi qidalarla qarışdırılıb içilməsi fayda verə bilər.
Mənbə: florence
Tərcümə etdi: Tərlanə Abdullayeva
