Bu gün:

Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır


Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır və antioksidant anbarıdır. Üzümün faydaları saysız-hesabsızdır. Üzüm zəngin qida tərkibinə görə sağlamlıq üçün çox faydalıdır. Üzüm müntəzəm və mövsümündə istehlak edildikdə beyinə müsbət təsir edir.

Üzüm bədənə beyin sağlamlığından immunitet sisteminə qədər bir çox sahədə fayda verir. İsveçrənin Cenevrə Universitetinin (UNIGE) araşdırmasında qara üzümün orqanizmi xərçəngdən qoruduğu müəyyən edilib. 

Meyvə və tərəvəz həm orqanizmi xəstəliklərdən qoruyur, həm də immunitet sistemini gücləndirir. Ən qədim meyvə növlərindən olan üzümün güclü antioksidant qaynağı olduğunu deyən Qidalanma və Pəhriz Mütəxəssisi Tuba Örnek: “ Üzüm vitamin və kalium baxımından zəngin olması ilə yanaşı stressə də çox müsbət təsir edir. Ancaq beyin sağlamlığı ilə bağlı araşdırmalara görə, alzheimer və parkinson kimi xəstəliklərin riskini azaldır. Mövsüm ərzində tez-tez üzüm istifadəsi güclü immunitet və daha güclü bir zehin üçün vacibdir . 

Tuba Örnek: “Yaşla bağlı yarana biləcək Alzheimer və Parkinson kimi beyin xəstəlikləri riskini azalda bilər. Bununla belə, hüceyrə quruluşuna təsir edir, hüceyrələri qoruyur və daha uzun ömür ilə əlaqəli olan SirT1 genini stimullaşdırır",- deyə qeyd edib.

Xərçəng riskini azaldır

Üzümün nizamlı və balanslı istifadəsinin xərçəng hüceyrələrinin böyüməsinin də qarşısını aldığını xatırladan Tuba Örnek bildirib: “Üzümün tərkibindəki aktiv maddələr xərçəngdən qoruyur. Bədəndə iltihabı azalda bilər və idrak, davranış və biokimyəvi zərərin qarşısını ala bilər. Bundan əlavə, üzümün az miqdarda natrium və kaliumla zəngin olması qan təzyiqinin optimal tarazlığını təmin edir və ürək xəstəliklərinə qarşı qoruyucu olur".

O, Üzümün K vitamini, kalsium, maqnezium və kalium kimi minerallar sayəsində sümük sağlamlığına da müsbət təsir etdiyini, tərkibindəki sayəsində yuxuya getməyə də kömək etdiyini də əlavə edib.

Mənbə: Cumhuriyet 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et