Bu gün:

Tayvanda Fənər Festivalı 2026 rəsmi olaraq başlayıb


Tayvanın Çiayi şəhərində ənənəvi Fənər Festivalı 2026 bu gün rəsmi açılış mərasimi ilə fəaliyyətə başlayıb. 3–15 mart tarixlərində keçiriləcək festivalda minlərlə yerli və xarici ziyarətçinin iştirakı gözlənilir.

Tədbir “Tayvan boyunca işıq saçır, Çiayini işıqlandırır” şüarı ilə təşkil olunur. Açılış mərasimində genişmiqyaslı parad, musiqi proqramı və möhtəşəm işıq nümayişləri təqdim edilib. Şəhərin müxtəlif ərazilərində qurulan tematik zonalarda ənənəvi fənər kompozisiyaları ilə yanaşı, müasir işıq qurğuları və interaktiv instalyasiyalar da nümayiş etdirilir.

Təşkilatçıların məlumatına görə, festival çərçivəsində yüzlərlə dekorativ fənər, iri həcmli əsas simvol qurğusu, mədəni çıxışlar və ailələr üçün əyləncə proqramları yer alır. Proqrama teatr tamaşaları, folklor kollektivlərinin çıxışları və uşaqlar üçün xüsusi səhnə layihələri daxildir.

Fənər Festivalı Tayvanın ən böyük mədəni tədbirlərindən biri hesab olunur və hər il Ay Yeni ili dövründə ölkənin müxtəlif şəhərlərində təşkil edilir. Bu il Çiayi şəhərinin ev sahibliyi etdiyi festivalın turizm sektoruna və yerli iqtisadiyyata müsbət təsir göstərəcəyi gözlənilir.

Mənbə: Travel and Tour World 

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et