Bu gün:

Milan podiumunda məşhurların dəb yarışı


24media.az People.com saytına istinadən xəbər verir ki, Milanda keçirilən Milan Moda Həftəsi çərçivəsində dünya şöhrətli simalar bir araya gəlib.Aktrisa Demi Moore Milan Moda Həftəsində

Moda sənayesinin ən nüfuzlu tədbirlərindən biri hesab olunan bu həftə hər mövsüm qlobal trendlərin formalaşdığı əsas platformalardan sayılır və dizaynerlər üçün yeni kolleksiyaların təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin diqqət çəkən qonaqlarından biri amerikalı aktrisa Demi Moore olub. O, moda nümayişlərindən birində görüntülənərək zərif və klassik üslubu ilə obyektivlərin diqqətini cəlb edib.

Məlumata görə, gecədə model Bella Hadid, komediya ustası Jerry Seinfeld və aktyor Cillian Murphy də iştirak ediblər. Məşhurların tədbirdəki görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və moda həvəskarları arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Milan Moda Həftəsi yalnız yeni kolleksiyaların təqdim olunduğu platforma deyil, həm də mədəniyyət və şou-biznes nümayəndələrinin görüş məkanına çevrilir. Burada nümayiş etdirilən üslublar və məşhurların seçdikləri geyimlər növbəti mövsümün əsas dəb istiqamətlərini müəyyənləşdirən amillər sırasında göstərilir.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et