Bu gün:

Süni intellekt işçi qüvvəsini dəyişdirir


Süni intellektin məşğulluğa təsiri müzakirə olunsa da, texnologiya şirkətlərindəki işdən çıxarmalar və elanlar əmək bazasında qəfil daralma yox, tapşırıq əsaslı transformasiyanı göstərir. 

Süni intellekt və texnologiya investisiyaları ilə bağlı uzunmüddətli nikbinlik dünya miqyasında davam edir, lakin süni intellekt inkişaflarının insan qarşılıqlı əlaqəsi, xüsusən də məşğulluqla sıx əlaqəli sahələrə hakim ola biləcəyi barədə mübahisələr mövcuddur.


Texnoloji irəliləyişlər hər gün irəlilədikcə süni intellektin xərcləri azaldan təsiri bəzi sektorlarda işçi qüvvəsini məhdudlaşdıra bilər. Bu vəziyyət uzunmüddətli məşğulluq bazarı təsirləri və iqtisadi siyasətlər tərəfindən idarə olunmalı bir məsələyə çevrilir.


İş yerlərində xərcləri azaltmaqla məhsuldarlığı artırmağı hədəfləyən şirkətlər süni intellektdən istifadə edilə bilən sahələrdə işçi qüvvəsini azaltmağı seçirlər.


Texnologiya sektorundakı transformasiya xüsusilə nəzərə çarpır, dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Amazon yanvar ayında 16.000 işçisini işdən çıxardığını təsdiqlənib. Bu, keçən il başlatdığı təxminən 30.000 nəfəri işdən çıxarmaq planını tamamlayır.


Meta, Salesforce, Microsoft və Google şirkətlərində də bu yaxınlarda yüzlərlə insana təsir edən təşkilati ixtisarlar müşahidə olunub.


Mənbə: Habertürk

Tərcümə etdi: Aygül Alıyeva

https://www.haberturk.com/yapay-zeka-is-gucunu-donusturuyor-hibrit-roller-one-cikiyor-3865081-teknoloji

Paylaş
Şərh əlavə et