
Yeməklərə inanılmaz dad qatan sarımsağı yemək istədikdə, əvvəlcə, qabığını soymalıyıq. Sarımsağın qabığı isə çətin soyulur və əldə qoxu yaradır.
Dadı danılmaz bir həqiqət olsa da, soyulması işgəncə kimi olan sarımsağı təmizləmək üçün artıq dəqiqələrlə mübarizə aparmalı olmayacaqsınız və əlinizdəki sarımsağın iyi sizi narahat etməyəcək. Sarımsağın qabığını soymaq üçün istifadə edə biləcəyiniz bu sadə üsulla sarımsağı əlinizdə heç bir qoxu olmadan saniyələr ərzində soya bilərsiniz. Sarımsağın qabığını soymağın ən asan yolu budur:
1. Qaynar suda saxlayın:
Sarımsağı soyarkən qabıqları yumşaltmaq işinizi asanlaşdıracaq. Əvvəlcə sarımsağı dişlərə bölərək bir qaba qoyun. Sonra üzərinə qaynar su əlavə edib 30 saniyə belə buraxın. Sarımsağın qabıqlarının daha asan soyulduğunu görəcəksiniz.
2. Çalxalamağa cəhd edin:
Sarımsağı soyarkən istifadə edə biləcəyiniz başqa xilasedici üsul iki qabı böyük qaba çevirməkdir. Əvvəlcə sarımsağı bir qaba qoyun və sonra başqa bir qabla tamamilə örtün. Sonra sarımsaq dişlərini bir müddət bu şəkildə silkələyin. Çalxalamaq qabıqların daha asan soyulmasına imkan verəcək.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
