
Diyetoloq və epidemiyoloq Keren Papye deyir ki, az miqdarda emal edilmiş ət yemək sağlamlığınıza təsir etməyəcək, lakin normaya riayət etmək vacibdir. The Guardian onun fikirlərini sitat gətirir.
Mütəxəssis xəbərdarlıq edib ki, tədqiqatlar emal olunmuş ətin müntəzəm qəbulu ilə təhlükəli xəstəliklərin inkişafı arasında əlaqə olduğunu göstərir. Onun sözlərinə görə, gündəlik payı 25 qram artırmaq Altsheymer xəstəliyinə tutulma ehtimalını 52 faiz artırır. Gündə 50 qram əlavə yemək xərçəngə tutulma riskinin 18 faiz artması deməkdir. Mənfi təsir emal olunmuş ət yeməkdən sonra bədəndə istehsal olunan kanserogenlərlə əlaqələndirilir.
Diyetoloq qeyd edib ki, sağlamlığı qorumaq üçün istənilən emal olunmuş ətdən, o cümlədən, kolbasa, külçə və hisə verilmiş ətlərdən imtina etmək lazımdır. Onlar yalnız nadir hallarda və kiçik miqdarda istifadə edilə bilər. Məsələn, vaxtaşırı bir dilim pepperoni pizza yeyə bilərsiniz, lakin gündə 70 qramdan çox deyil. Bu onun sözlərinə görə, emal edilmiş ətin gündəlik təhlükəsiz dozasıdır.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova
