
Saqqız çeynəməyin insan sağlamlığına faydaları həmişə maraq mövzusu olub. Saqqız;n fayda və zərərləri haqqında bir çox suallar verilir. Bəs siz heç şəkərsiz saqqızın sağlamlıq faydaları haqqında düşünmüsünüzmü? Şəkərsiz saqqız çeynəməyin sağlamlıq üçün 8 faydası:
1-Ağız sağlamlığını qoruyur
Şəkərsiz saqqız çeynəmək ağız sağlamlığı üçün çox faydalıdır. Çünki tüpürcək axını artırır. Bu, ağızdakı turşuların neytrallaşdırılmasını təmin edir. Həmçinin dişləri gücləndirir, çürüklərin qarşısını alır və diş çürükləri riskini azaldır. O cümlədən dişlərin xarici təbəqəsini gücləndirir və diş həssaslığını azaldır.
2-Ağız qoxusunu aradan qaldırır
Şəkərsiz saqqız ağız qoxusunu yox etməkdə çox yaxşıdır. Şəkərsiz saqqız çeynəmək daha çox tüpürcək istehsal edir, bu da ağzınızı və dişlərinizi təmizləyir və qoxu yaradan bakteriyaları yox edir. Xüsusilə, darçın ətirli şəkərsiz saqqızlar ağız qoxusuna səbəb olan bakteriyaları azaltmağa kömək edir.
3-Arıqlamağa kömək edir
Qəribə səslənə bilər, amma şəkərsiz saqqız çeynəmək arıqlamağa kömək edir. Saqqız çeynəmək ağzınızı işlətdiyi üçün yüksək kalorili qidalar və ya yeməklər arasında qəlyanaltı yeməyə mane olur.
4-Mədə turşusunu balanslaşdırır
Şəkərsiz saqqız mədə turşusunu tənzimləyir, mədə və sinədə yanma hissini aradan qaldırır. Tüpürcək mədə turşusunu neytrallaşdırmağa imkan verir. Turşuluğun qarşısını almaq üçün yeməkdən sonra bir parça şəkərsiz saqqız və ya bikarbonat saqqızı çeynəyin. Şəkərli və nanə ətirli saqqızlardan çəkinin.
5-Stressin qarşısını alır
Stress sağlamlığınıza həm fiziki, həm də zehni olaraq təsir edə bilər. Stress səviyyənizi idarə etmək üçün saqqız çeynəməyə cəhd edə bilərsiniz. Çeynəmə prosesi bədəndəki kortizolun miqdarını azaltmağa və stressi aradan qaldırmağa kömək edir. Saqqız bəzən narahatlıq problemlərinə və yorğunluğa yaxşı gəlir.
6- Konsentrasiyanı artırır
Saqqız konsentrasiyanı yaxşılaşdıra və yaddaşı gücləndirə bilər. Çeynəmək beyinə qan axını artırır. Bu, beynin istifadə edə biləcəyi oksigen miqdarını artırır. Beləliklə, koqnitiv funksionallıq da artır.
7-Qulaq tıxanıqlığını aradan qaldırır
Tıxanmış qulaqlar gündəlik həyata mənfi təsir edən bir problemdir. Şəkərsiz saqqız çeynəmək Eustachian borularını açır və bu da qulaqlardakı həddindən artıq təzyiqi aradan qaldırır.
8-Siqareti buraxmağa kömək edir
Siqaret çəkmək sizi fiziki olaraq nikotindən asılı edir. Nikotin saqqızını çeynəmək ağzınızı məşğul etməyə və zehninizi siqaret çəkmək istəyindən uzaqlaşdırmağa kömək edə bilər. O, həmçinin az miqdarda nikotin təmin edir və sizi detoksda rahatlaşdıraraq çəkilmə simptomlarınızın intensivliyini əhəmiyyətli dərəcədə azalda və ya tamamilə aradan qaldıra bilər.
Bununla belə, nikotin saqqızlarını lazımi miqdarda istifadə etməyə diqqət edin. Bunun üçün həkimə müraciət edin. Hər bir şəxs üçün müxtəlif miqdarda nikotin saqqızı təyin edilir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
