
Tinnitus qulaqda hiss edilən uğultu, fit səsinə bənzəyən səsin hiss olunmasıdır. Tinnitus birbaşa insana zərər verməsə də, altında yatan səbəb zərərli ola bilər. Bu çərçivədə hər bir tinnitus xəstəsi araşdırılmalıdır. Araşdırma nəticəsində tinnitusun səbəbi aşkar edilmədikdə tinnitusun sağlamlıq üçün təhlükə yaratmadığını söyləmək olar.
Bəzi insanlarda tinnitus çox ciddi psixoloji təsirlərə səbəb ola bilər. Bunlara depressiya, narahatlıq, diqqət pozğunluğu və yuxu problemləri daxildir. Bu xəstələr müalicə ilə yanaşı psixiatrik dəstəyə də ehtiyac duyurlar.
Tinnitusun səbəbləri nələrdir?
Tinnitus bir çox səbəbə görə yarana bilər. Qan çatışmazlığı və dəmir çatışmazlığı səbəbindən yaranan anemiya da tinnitusa səbəb ola bilər. B12 vitamini çatışmazlığı və ya diabet səbəbiylə tinnitusda da görülə bilər. Qulaqda tinnitus qulağa bağlı səbəblərdən yarana bilsə də, bədəndə inkişaf edən digər pozğunluqlar nəticəsində də tinnitus yaşana bilər.
Xüsusilə, yetkinlik dövründə və yaş artdıqca tinnitus daha çox görülə bilər və bu vəziyyət hər on ildən bir artmağa davam edir. Səs-küyə və ya təzyiq dəyişikliklərinə (məsələn, əsgər, pilot və ya dalğıc kimi) peşə fəaliyyətində məruz qalma tinnitusun artmasına səbəb ola bilər.
Bunlara əlavə olaraq aşağıdakı şərtlər də tinnitusun səbəbləri arasında sayılır:
-Qulaq infeksiyaları
-Tıxaclar
-Qulaq pərdəsinin perforasiyası
-Peşə deformasiyası
-Şəkər
-Hipertoniya
-Tıxaclardan istifadə
-Beyin bölgəsində şişlər
-Stress
-Qulaq sümüyündə dəyişikliklər
-Hormonal dəyişikliklər
-Menyer xəstəliyi
-Ürək-damar xəstəlikləri
-Anemiya
-Travma
Mənbə: NTV
Tərcümə etdi: Lamiyə Cənnətzadə
