ABŞ Prezidenti Donald Trump İran istiqamətində həyata keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama verib. O bildirib ki, bölgədə artan gərginlik və ABŞ qüvvələrinin endirdiyi zərbələr fonunda bəzi amerikalıların həyatını itirməsi ehtimalı istisna edilmir.

Prezident çıxışında qeyd edib ki, ABŞ Silahlı Qüvvələri İranla bağlı “genişmiqyaslı döyüş əməliyyatları” həyata keçirir. O, əməliyyatların ölkənin milli təhlükəsizlik maraqlarının qorunması məqsədi daşıdığını vurğulayıb. Bununla yanaşı, Tramp mümkün itkilərlə bağlı cəmiyyətə açıq xəbərdarlıq edib və vəziyyətin ciddi xarakter daşıdığını bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ administrasiyası təhlükəsizlik tədbirlərini gücləndirib və bölgədə yerləşən Amerika vətəndaşlarının qorunması üçün əlavə addımlar atılır. O, diplomatik kanalların da açıq saxlanıldığını qeyd edib.
Hazırda İran tərəfindən məsələ ilə bağlı rəsmi və geniş açıqlama verilməyib. Beynəlxalq müşahidəçilər isə regionda gərginliyin artmasının qlobal təhlükəsizlik mühitinə təsir göstərə biləcəyini bildirirlər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
