Bu gün:

Pakistan Müdafiə Naziri: “Əfqanıstanla açıq müharibə vəziyyətindəyik”


Pakistan Müdafiə Naziri Xavəcə Məhəmməd Asif ölkəsinin Əfqanıstanla “açıq müharibə” vəziyyətində olduğunu bildirib. Bu açıqlama İslamabadın ötən gecə Əfqanıstanın müxtəlif bölgələrinə hava hücumları təşkil etməsindən sonra verilib.

Cümə günü Pakistanın Çaman şəhərində sərhəd yaxınlığında bir tankın şəkli çəkilib.


Hava hücumlarından əvvəl Əfqanıstan Talibanının Pakistanın sərhəd bölgələrindəki hərbi postlarına genişmiqyaslı hücum təşkil etdiyi bildirilib.


Pakistanın müharibə elanı iki qonşu ölkə arasında aylardır davam edən gərginliyin pik nöqtəsidir. Ötən ilin oktyabrında atəşkəs əldə olunsa da, bu razılaşma çox kövrək olub və danışıqlar münaqişənin tam dayandırılması ilə nəticələnməyib.


Nazir Asif mətbuata açıqlamasında “Səbrimiz tükənib” deyə vurğulayıb.


Hərbi əməliyyatlar nəticəsində hazırda itkilərlə bağlı rəsmi məlumat verilmir.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et