Bu gün:

Rusiya: "Bir həftə ərzində Ukraynada 4 yaşayış məntəqəsini ələ keçirdik"


Rusiya Müdafiə Nazirliyi 21–27 fevral tarixləri arasında Ukrayna ərazisində aparılan hərbi əməliyyatlarla bağlı yazılı açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, Kiyev rəhbərliyi Rusiya ərazisində mülki obyektlərə qarşı hücumlar təşkil edib və buna cavab olaraq Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi-sənaye obyektlərinə, enerji infrastrukturuna, yanacaq və nəqliyyat şəbəkələrinə, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı və saxlanması mərkəzlərinə zərbələr endirib.

Nazirliyin məlumatına görə, son bir həftə ərzində Ukraynanın dörd yaşayış məntəqəsi Rusiya qüvvələrinin nəzarətinə keçib.

Xarkov vilayətində Qrafskoe, Dnepropetrovsk vilayətində Krasnoznamyenka, Zaporojjya vilayətində Rizdvyanka və Donetsk vilayəti ərazisində yerləşən Karpovka yaşayış məntəqələrinin nəzarətə götürüldüyü qeyd edilib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et