Bu gün:

OpenAI-dan yeni texnologiya qurğuları


“OpenAI” şirkəti süni zəka əsaslı alış-veriş sahəsinə daxil olmağa hazırlaşır. Şirkət məşhur dizayner Coni Ayv ilə əməkdaşlıq edərək yeni nəsil ağıllı səsucaldan üzərində işləyir. Qurğunun 2027-ci ilin əvvəlində bazara təqdim olunacağı gözlənilir.

Yeni səsucaldan ənənəvi səsli köməkçilərdən fərqli olaraq daxili kamera, inkişaf etmiş mühitə uyğunlaşma sistemi və üz tanıma funksiyası ilə təchiz ediləcək. İstifadəçilər yalnız üzlərini tanıtmaqla alış-veriş edə və kimliklərini təhlükəsiz şəkildə təsdiqləyə biləcəklər. Şirkət rəhbəri Səm Altman qurğunu gündəlik həyatın fəal iştirakçısı kimi dəyərləndirərək onun qabaqlayıcı tövsiyələr verəcəyini bildirib. Bu addım şirkəti digər böyük texnologiya istehsalçıları ilə birbaşa rəqabətə çıxarıb. Sadə və ehtimal olunur ki, ekransız dizayn qurğunun əsas fərqləndirici xüsusiyyəti olacaq. Beləliklə, istehlak texnologiyaları sahəsində süni zəka yönümlü yeni bir mərhələnin başlanacağı gözlənilir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et