Bu gün:

Rusiya Telegram-ın qurucusu Pavel Durovla bağlı araşdırmaya başlayıb


Rusiya hüquq-mühafizə orqanları Pavel Durov barəsində araşdırmaya start verib. İstintaqın məqsədi Telegram messencerinin fəaliyyətinə dövlət nəzarətini gücləndirməkdir.

Məlumata görə, Rusiya hakimiyyəti Telegram-ın ölkə qanunvericiliyinə daha sıx tabe olmasını və platforma üzərində təsir imkanlarının artırılmasını hədəfləyir. Araşdırma çərçivəsində Durovun maliyyə və idarəetmə fəaliyyəti diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Pavel Durov daha əvvəl də Rusiyada senzura və hökumət nəzarətinə qarşı mövqeyi ilə tanınıb. Telegram isə istifadəçi məlumatlarının məxfiliyinə verdiyi önəm səbəbilə bir sıra ölkələrdə hökumətlərlə ziddiyyətlər yaşayır.

Araşdırmanın nəticələri və mümkün hüquqi addımlar barədə hələlik rəsmi qərar açıqlanmayıb.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et