Bu gün:

Maliyyə işçilərində rast gəlinə biləcək xəstəlik


Yüksək qan təzyiqini bir həyat tərzi xəstəliyi olaraq təyin edən Prof. Dr. Özlem Esen maliyyə sektoru kimi stress faktorları yüksək olan peşə işçilərinin yüksək risk altında olduğunu söylədi.


Mütəxəssislərin ölümcül adlandırdığı hipertoniya, əslində, bir həyat tərzi xəstəliyidir. Stress və pəhrizin hipertoniyanın səbəbləri arasında olduğu bilinir. Kardiologiya Mütəxəssisi Prof. Dr. Özlem Esen hipertoniyanın ən çox görülən ölüm səbəblərindən biri olduğunu, lakin bunun cəmiyyət tərəfindən yetərincə bilinmədiyini açıqladı. O, yüksək təzyiqi olan xəstənin simptomları hiss etmədiyini, ancaq bunu düzgün ölçməklə fərq edilə biləcəyini bildirib.

 Yüksək təzyiqi necə ölçməli? 

Prof. Dr. Esen qan təzyiqinin düzgün ölçülməsinin sakit və rahat bir vəziyyətdə oturaraq və hər iki qolu istifadə etməklə təyin oluna biləcəyini söylədi. İndiki rəqəmsal cihazların klassik təzyiq ölçənlər qədər etibarlı olduğunu bildirən Esen ən sağlam şeyin hər iki qolu ölçmək və ən yüksək dəyəri izləmək olduğunu vurğulayıb. 


Ağ önlük sindromu

Maskalı hipertoniya probleminə diqqət çəkən Esen,-“Yüzdə 15-20 nisbətində rast gəlinir. Xəstə ağ xalat geyinir, həkimin yanında özünü rahat hiss etdiyi üçün təzyiqi aşağı düşür. Gizlicə yuxarı qalxarsa, zərəri ancaq daxili orqanlara baxmaqla görmək olar",- deyib. 

Bunun bir həyat tərzi xəstəliyi olduğunu vurğulayan Esen qrip kimi bir virus və ya bakteriyadan qaynaqlanmadığını söylədi. Maliyyə sektorunda çalışanlar kimi həyatlarında yüksək stress faktorları olan işçilərin yüksək təzyiqə tutulma riski daha yüksəkdir. Bu, həyatınızda, həqiqətən, səhv bir şey etdiyinizə işarədir. Maşınların yağ miqdarı az olanda siqnal göstəricisi dəyişir, xəta siqnalı verir, eləcə də qan təzyiqi yüksəldikdə, bir şeyin səhv olduğunu düşünə bilərik. Narahatlıq da qan təzyiqini artırır. Zəlzələ dövründə çoxlu hallarla rastlaşdıq. O dövrdə çox narahatlıq və kədər yaşayan insanlar müvəqqəti yüksək təzyiq tutmaları keçirdilər. Amma bu insanlar sonradan qan təzyiqi xəstəsi kimi həyatlarına davam etməyiblər”,- deyə professor bildirib. 

Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim

Paylaş
Şərh əlavə et