Bu gün:

Toyota Mirai bir ildə 65% dəyər itirib


Bir vaxtlar gələcəyin nəqliyyatı kimi təqdim olunan Toyota Mirai indi ikinci əl bazarında kəskin ucuzlaşma ilə diqqət çəkir. 50 min dollara yaxın qiymətə satılan model cəmi bir neçə il ərzində dəyərinin böyük hissəsini itirib və bəzi hallarda 10–15 min dollara təklif olunur.





Toyota Mirai 2015-ci ildə dünyanın ilk kütləvi istehsal olunan hidrogen yanacaq elementli avtomobili kimi bazara çıxıb. 2021-ci ildən etibarən təqdim olunan ikinci nəsil model 182 at gücü və artırılmış yürüş məsafəsi ilə təklif edilir. Buna baxmayaraq, modelin bazar taleyi gözlənildiyi kimi olmayıb.

2021-ci ildə 49.500 dollardan başlayan qiymətlər bu gün ikinci əl bazarında 10.000–22.000 dollar aralığına düşüb. Keçən il 50.190 dollara satılan versiyalar hazırda 15–18 min dollara təklif edilir.

Əsas səbəb hidrogen doldurma infrastrukturunun zəifliyidir. ABŞ-də cəmi 54 stansiya var və onların hamısı Kaliforniyadadır. Dövlət investisiyaları isə əsasən elektrikli avtomobillərə yönəlib.

Buna baxmayaraq, Toyota hidrogen texnologiyasından imtina etməyib və araşdırmaları davam etdirir. Lakin mövcud bazar şərtləri fonunda Mirai-nin kəskin dəyər itkisi hidrogen avtomobillərinin gələcəyi ilə bağlı ciddi suallar yaradır.


Mənbə: Car Buzz

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et