Bu ilin yanvarında Azərbaycan nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr ümumilikdə 18,3 milyon ton yük daşıyıb.
24media.az bildirir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu göstərici keçən ilin eyni ayı ilə müqayisədə 0,1 milyon ton və ya 0,5 % daha azdır.
Hesabat dövründə sərnişindaşıma sahəsində əks tendensiya müşahidə olunub. Ay ərzində nəqliyyat vasitələri 167,8 milyon sərnişin daşıyıb ki, bu da ötən ilin yanvarına nisbətən 10,6 milyon nəfər və ya 6,7 % çoxdur.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə həyata keçirilən yükdaşımaların həcmi yanvar ayında 3,9 % artıb. Daşınmış yüklərin ümumi strukturunda bu sektorun payı 78 % təşkil edib.
Aytac Musayeva
