Stressin saç tökülməsinə səbəb olduğunu dilə gətirən mütəxəssislər, bu vəziyyətdən ən çox qadınların təsirləndiyini bildiriblər. The New York Times-a danışan mütəxəssislər, həddindən artıq saç tökülməsinin saç həcminin üçdə birinə qədər tökülməsini əhatə edə biləcəyini, lakin bunun adətən müvəqqəti olduğunu söyləyib.

Amerika Dermatologiya Akademiyasının məlumatına görə, sağlam insan hər gün təxminən 50-100 saç teli tökür. Lakin bundan daha çox saç tökülməsi telogen effluvium və ya həddindən artıq saç tökülməsi adlanan vəziyyətin əlaməti ola bilər.
Stress saç tökülməsinə səbəb olur
The New York Times qəzetindəki xəbərə görə, Mayami Universiteti Miller Tibb Məktəbində saç tökülməsini müalicə edən dermatoloq Dr. Antonella Tosti bildirib ki, telogen effluvium, şübhəsiz ki, stresslə nəticələnir.
Qadınlarda daha çox görülür
Mütəxəssislər telogen effluviumun nə qədər yayılmış olduğunu dəqiq bilmirlər, çünki bir çox insan diaqnozsuz qalır. Lakin Nyu-Yorkdakı Sina dağında dermatoloq Dr. Angela Lamb qadınların bunu kişilərə nisbətən daha çox yaşaya biləcəyini söyləyib, çünki hamiləliklə bağlı dəyişikliklər və həddindən artıq saç tökülməsi saç həcminin üçdə birinə qədər itirilməsini əhatə edə bilər, lakin bu, adətən, müvəqqətidir.
Stressdən saç tökülürsə, Dr. Lamb saçların böyüməsində rol oynayan D vitamini və telogen effluvium olan bəzi xəstələrdə çatışmazlığı olduğu sübut edilən B12 vitamini ehtiva edən gündəlik multivitamin qəbul etməyi tövsiyə edib.
Vitaminlərin, xüsusilə, böyük bir əməliyyatdan çıxan insanlar üçün əhəmiyyətli ola biləcəyini ifadə edən Dr. Lamb bu dövrdə çatışmazlıqların daha çox ola biləcəyini söylədi.
"Siz, adətən, bir neçə həftə, bəlkə də, bir neçə ay ərzində bu tökülmə mərhələsindən keçəcəksiniz, sonra isə yavaşlayacaq. Lakin üç və ya dörd aydan sonra tökülmə davam edərsə, həkimə müraciət etmək lazım ola bilər",- deyə Lamb bildirib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
