Bu gün:

Microsoft Copilot məxfi e-poçtları icazəsiz xülasə edib


Microsoft şirkəti təsdiqləyib ki, Microsoft 365 daxilindəki Copilot alətində yaranmış texniki xəta səbəbindən məxfi olaraq işarələnmiş e-poçtlar süni intellekt tərəfindən səhvən xülasə olunub.


Məlumata görə, problem Copilot Chat funksiyasında baş verib və təşkilatların məlumat itkisinin qarşısını almaq üçün tətbiq etdiyi DLP siyasətlərini yan keçib. Sistem istifadəçilərin “Sent Items” və “Drafts” qovluqlarındakı həssaslıq etiketi olan məktubları da emal edib.

Şirkət xətanın kod problemi ilə bağlı olduğunu bildirib və fevralın əvvəlindən etibarən düzəlişin tətbiqinə başlayıb. Microsoft hazırda yeniləmənin effektivliyini yoxlayır və insidentin miqyasını araşdırır.

Copilot Chat ötən payızdan etibarən korporativ müştərilər üçün Word, Excel, Outlook və PowerPoint kimi tətbiqlərə inteqrasiya edilib və məzmunu analiz edən süni intellekt köməkçisi kimi təqdim olunur. Lakin texnologiya şirkətlərinin AI alətlərini geniş şəkildə tətbiq etməsi yeni kibertəhlükəsizlik riskləri də yaradır. 

Mənbə: Mashable

Tərcümə etdi: Nərmin Məmmədzadə


 


Paylaş
Şərh əlavə et