Bu gün:

İnfeksiyaların müalicəsində təsirli üsullar


İngilis alimləri davamlı yara infeksiyalarının müalicəsi üçün bal və sirkə qarışığının ümid vəd etdiyini etdilər.

Oksimel olaraq bilinən bal və sirkə qarışıqları Roma dövründən bəri dərman məqsədləri üçün istifadə edilmişdir. Son bir araşdırma İngiltərənin Milli Səhiyyə Xidmətinə (NHS) fayda verə biləcək antibiotik xüsusiyyətlərinə sahib olduğu məlum olub.

Oksimel qarışıqlarının təsirli olub-olmadığını qiymətləndirmək üçün İngiltərədəki Uorvik Universitetinin tədqiqatçıları laboratoriyada bir sıra bakterial biofilm testləri aparıblar. Özləri müxtəlif sirkələr, həmçinin sirkədə olan saf sirkə turşusu təqdim ediblər. Daha sonra sirkə turşusu tibbdə istifadə edilə bilən bal ilə birlikdə istifadə edilib.

Uorvik Universitetinin doktoru Freya Harrison: “Aşağı dozada bal verdik, bu dozalar  tibb bacılarının hazırda xəstələrə tətbiq etdiklərindən daha azdır. Ancaq bu aşağı  dozaları artırdığımız  zaman çox sayda bakteriyanın öldüyünü gördük, bu da həqiqətən maraqlıdır. Bu maddələrin birləşməsinin tək istifadə olunan maddələrin heç birinə reaksiya verməyən xəstələrə kömək edib-etməyəcəyini həqiqətən öyrənməliyik", – deyə qeyd edib.

İnsanlarla təcrübələr başlaya bilər

Tədqiqatın tədqiqatçılarından biri, doktor Erin Connelly də şərh edib: “Moderndən əvvəlki reseptlər üzərində apardığımız araşdırmada yaraların və ödemin yuyulması və ya sarılması üçün bal və sirkənin birləşməsinin bir nümunəsini gördük və bu analizimizdə həmin birləşməyə diqqət yetirməyimizə ilham verdi".

Tədqiqatçılar bəzi təbii sirkələrin bakteriyaları öldürmək qabiliyyətinin ekvivalent dozada saf sirkə turşusundan daha yüksək olduğunu aşkar ediblər.

Nəticələr göstərir ki, xüsusilə, nar sirkələri araşdırmaq üçün daha perspektivlidir. Güclü antibakterial aktivliyə sahibdirlər və sirkə turşusu kimi bal ilə birlikdə təsirlidirlər. 

Bundan sonra tədqiqatçılar insanları əhatə edən klinik sınaqlar keçirməyi planlaşdırırlar.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et