Zürih Universiteti tərəfindən aparılmış yeni tədqiqat beyinə verilən elektrik cərəyanının insan davranışına təsir göstərə biləcəyini müəyyən edib. Araşdırmada insanların eqoizm səviyyəsinin beyin stimullaşdırılması vasitəsilə dəyişdirilə biləcəyi öyrənilib. Alimlər bu üsulun empatiya və qərarvermə mexanizmləri ilə əlaqəsini araşdırıblar.

Təcrübədə 44 könüllüdən müəyyən məbləğdə pulu özləri ilə anonim iştirakçı arasında bölüşdürmələri tələb olunub. Beynin alın payı və təpə payına eyni vaxtda zəif elektrik cərəyanı tətbiq edildikdə iştirakçıların daha çox paylaşmağa meyilli olduqları müşahidə edilib. Tədqiqat rəhbərlərindən professor Kristian Ruff nəticələrin statistik baxımdan əhəmiyyətli, lakin təsir gücünün böyük olmadığını bildirib. Araşdırma göstərib ki, beyin nahiyələri arasındakı əlaqəni gücləndirməklə sosial davranışa müəyyən təsir göstərmək mümkündür. Mütəxəssislər bu üsulun gələcəkdə sosial davranış pozuntularının müalicəsində faydalı ola biləcəyini qeyd ediblər. Bununla belə, uzunmüddətli nəticə əldə etmək üçün stimullaşdırmanın müntəzəm şəkildə təkrar olunması zəruri hesab edilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
