Bu gün:

Apple 4 martda qapalı tədbir keçirməyi planlaşdırır


Apple 4 mart tarixində Nyu-York, London və Şanxayda eyni vaxtda xüsusi, dəvət əsasında keçiriləcək tədbir elan edib.

Apple tədbiri bu dəfə Apple Park-da deyil, eyni anda üç böyük şəhərdə — Nyu-York, London və Şanxayda keçirəcək. Şirkət adətən belə formatda təqdimat etmədiyi üçün bu addım maraq doğurur.

Ən güclü namizədlərdən biri M5 seriyalı çiplərdir. 2025-ci ilin oktyabrında iPad Pro, Vision Pro və 14 düymlük MacBook Pro Apple Silicon çiplərinə yenilənmişdi. İndi isə M5 Pro və M5 Max çipləri ilə 14 və 16 düymlük MacBook Pro modellərinin təqdimatı gözlənilir.

Digər mümkün yenilik iPhone 17e-dir. Modelin 6.1 düymlük 60Hz OLED always-on ekran və köhnə “notch” dizaynı əvəzinə Dynamic Island ilə təqdim ediləcəyi bildirilir.

Masaüstü Mac modellərinin isə bu tədbirdə təqdim olunması ehtimalı az sayılır. Onların daha gec yenilənəcəyi gözlənilir.

Mənbə: Apple Insider

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et