
Alimlər bir kasa təzə çiyələk yeməyin infarkt və insultun qarşısını ala biləcəyini tapıblar.
Araşdırmalara görə çiyələk yalnız C vitamini ilə zəngin bir meyvə deyil, eyni zamanda, yüksək xolesterolun səbəb olduğu potensial ölümcül arteriya tıxanmalarından qoruyur. Əslində, araşdırmalar göstərir ki, faydaları istifadədən bir saat sonra görünə bilər.

Yaponiyanın Osaka şəhərindəki Setsunan Universitetinin alimləri meyvə yedikdən sonra faydalarının nə qədər olduğunu müəyyən etmək istədilər. Hamısı iyirmidən çox olan 23 sağlam könüllüdən bir hissəsinə 500 q çiyələk püresi, digərinə isə şirinləşdirilmiş içki verib. Yarım saatdan sonra qan nümunələri götürülüb.
Nəticələr göstərdi ki, çiyələk yeyən qrupda şəkər ətirli içkilər qəbul edənlərə nisbətən, qan damarlarının daralmasına və tıxanmasına səbəb ola biləcək pis xolesterol olan aşağı sıxlıqlı lipoprotein və ya LDL əmələ gəlməsi əlamətləri daha azdır.

Üstəlik, çiyələyin faydalarının istifadədən bir saat sonra ortaya çıxdığı və bundan sonra ən azı dörd saat davam etdiyi qeyd edildi.
Tədqiqatçılar təhlillərini belə şərh etdilər: “Çiyələk qida birləşmələrinin vacib bir mənbəyidir və tədqiqatlar onun istifadəsinin ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqəli olduğunu göstərir”.
Mənbə: Sözcü
Tərcümə etdi: Aysu Əsədova
