Bu gün:

“Dousons Krik”in ulduzu Ceyms Van Der Bikin vəfatı ilə bağlı mesajlar paylaşılıb


“Dousons Krik” serialı ilə geniş tamaşaçı sevgisi qazanan, lakin bağırsaq xərçəngi ilə mübarizə aparan aktyor Ceyms Van Der Bik 48 yaşında vəfat edib. O, xəstəliyə 2023-cü ilin ikinci yarısında tutulsa da, bunu ictimaiyyətə yalnız 2024-cü ilin noyabrında açıqlanıb. Ailəsi onun vəfat xəbərini sosial şəbəkə vasitəsilə paylaşıb.

Van Der Bikin ölümü sənət aləmində böyük kədər doğurubıb. Serialdakı tərəf müqabili Bizi Fillips onu “milyardda bir insan” adlandıraraq uzun illərə dayanan dostluqlarından yazıb. O, aktyorun ailəsinə dəstək məqsədilə yaradılan “Qou Fond Mi” adlı onlayn ianə kampaniyasını da izləyiciləri ilə bölüşüb.


Serialda onun anasını canlandıran Meri-Marqaret Hyums, həmçinin aktrisalar Krısten Ritter və Sara Mişel Gellar da kədərli paylaşımlar edərək Ceymsin güclü xarakterindən və ailəsinə bağlılığından söz açıblar. Aktyor Alfonso Ribeiro isə onunla son günlərində vidalaşdığını və bu çətin mübarizədə yanında olduğunu qeyd edib.


Ceyms Van Der Bik 1998–2003-cü illərdə yayımlanan “Dousons Krik” serialındakı rolu ilə məşhurlaşıb. O, sonrakı illərdə müxtəlif film və serial layihələrində çəkilib. Həmkarları onu istedadlı sənətçi və qayğıkeş ata kimi xatırladıqlarını bildiriblər.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et