Dünya tarixində baş vermiş onlarla qırğınlar, soyqırımlar var. Görünür, bəşəriyyət indiki pisliyi ilə sürətlə irəliləməyə davam edərsə, bunlar sonuncu olmayacaq.

Oxuyarkən hiss etmək, təsirlənmək yaşamaq deməkdir.
Qırğın: Özünümüdafiə vasitəsi olmayan çoxlu sayda insanın kütləvi şəkildə öldürülməsidir.
Genosid: Siyasi, milli, irqi və ya dini səbəblərə görə bir azlıq qrupunun soyqırım yolu ilə məhv edilməsinə yönəlmiş kütləvi qətl aktıdır.
11 iyul 1995-ci il Srebrenitsa qırğını İkinci Dünya Müharibəsindən sonra Avropada baş vermiş ən böyük insan qırğını və etnik soyqırımı kimi dünya tarixinə həkk olunub.
-Balaca uşaqları kiçik güllələrlə öldürürlər, hə, ana?
Bu, hər bir ananın dünyaya yeni bir gözlə baxmasına səbəb olan bir sualdır. Srebrenitsada yaşayan naməlum kiçik oğlan anasına bu sualı verib. Sonra, təəssüf ki, 1995-ci il iyulun 11-də baş verən qırğında cəmi 4 yaşında şəhid oldu. Düşünürəm ki, uşağın verdiyi bu sual bu qanlı qırğının ağrılarının miqyasını üzə çıxarmağa kifayət edir.
Srebrenitsa qırğını necə və nə vaxt baş verib?
Soyuq Müharibədən sonrakı dünyada baş verən hadisələr altı federal respublikadan ibarət Yuqoslaviyanın parçalanmasına səbəb oldu. Yuqoslaviyanı təşkil edən respublikalardan biri olan Bosniya 1992-ci ilin fevralında Aliya İzzetbeqoviçin rəhbərliyi ilə keçirilən referendumdan sonra müstəqilliyini elan edib. Lakin Bosniya və Herseqovinanın müstəqillik qərarını tanımayan serblər Sarayevonu mühasirəyə alaraq Bosniya və Herseqovinada üç il yarım davam edən müharibəyə başladılar.
Təqvimlərdə 1995-ci il iyulun 11-i qeyd olunanda dünya tarixinin ən böyük soyqırımlarından biri baş verdi. Avropanın mərkəzi olan Srebrenitsada bütün bəşəriyyətin gözü qarşısında ən azı 8372 günahsız insan evlərindən qovuldu, meşəlik ərazilərdə, fabrik və anbarlarda vəhşicəsinə qətlə yetirildi.
Serb komandiri Ratko Mladiç silahlı əsgərləri ilə Bosniya-Hersoqovina-Serbiya sərhədində yerləşən Srebrenitsanı işğal edib. Bu ərazi 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarı ilə bosniyalılar üçün təhlükəsiz zona elan edilib. Üstəlik BMT qərargahda sığınan insanları qoruyacaqlarına dair də təminat verib. Şəhər təhlükəsiz zona elan edildikdə, bosniyalılar silahlarını təslim etdilər. Serb ordusu yaxınlaşdıqca bosniyalılar silahların geri qaytarılmasını tələb etsələr də, qəbul etmirlər. Beləliklə, onlar tamamilə müdafiəsiz idilər. Əslində, Mladiçin həmin günki çıxışı soyqırımın başlanmasından xəbər verirdi. Mladiç Serb bayramı ərəfəsində şəhəri serb millətinə hədiyyə etdiklərini və “Nəhayət, bu torpaqlarda türklərdən (bölgə müsəlmanları üçün işlədilən ifadə) qisas almağın vaxtıdır” cümləsini işlətdiklərini bildirir.
BMT-nin mühafizə üzvlərinə tabe olan holland əsgərləri onlara sığınan minlərlə günahsız və silahsız bosniyalını serblərə təhvil verib. Serblər güllə-barana tutduqları günahsızları yük maşınında digər bosniyalıların yanına aparır, sonra da onları öldürürdülər. Təəssüf ki, holland əsgərlərinə sığınmayan, lakin meşədən keçərək Bosniya ordusunun nəzarətində olan bölgəyə çatmaq istəyən digər bosniyalıların da taleyi eyni oldu. Hal-hazırda xalq arasında "ölüm yolu" kimi tanınan meşə yolundan keçən minlərlə bosniyalı serblərin qurduğu pusquda vəhşicəsinə qətlə yetirilib.
Ölüm çiçəkləri və mavi kəpənəklərin sirri
Serb əsgərləri qırğınları gizlətmək üçün kütləvi məzarlıqlar açıb, günahsız insanların cəsədlərini çuxura atıblar. Kütləvi məzarlardakı cəsədlərin yerini bir neçə dəfə dəyişdirərək sümüklərin bir-birinə qarışmasına səbəb olublar. Onlar peykdən görünməsin deyə çuxurların içərisinə maqnit parçaları yerləşdiriblər. Bununla da qalmayıb, kənardan görünməsin deyə, kütləvi məzarlıqların üstünü rayonun iqlim tipinə uyğun bitkilərlə örtüblər. Ancaq fikirləşmədikləri bir şey var idi. Serb ordusunun bu pis və dəhşətli planını kəpənəyin qanad çırpması pozdu...

Srebrenitsa mavi kəpənəklərı
Kütləvi məzarlıqlar səbəbindən torpağın quruluşu dəyişdi və orada Artemida çiçəkləri görünməyə başladı. Burada bölgədə yalnız Artemida ilə qidalanan mavi kəpənəklərin çoxalması diqqət çəkib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar zamanı kütləvi məzarlıqlar aşkar edilib. Bosniyada baş verən qətliam bir daha üzə çıxdı.

Aradan illər keçməsinə baxmayaraq Bosniya xalqı mavi kəpənəklərin izinə düşərək qırğın qurbanlarının kütləvi məzarlarını axtarmağa davam edir. Kütləvi məzarlıqlarda cəsədləri tapılan qurbanlar şəxsiyyətləri müəyyən edildikdən sonra hər il iyulun 11-də Potocari Memorial qəbiristanlığında mərasimlə dəfn edilir. Potoçaridə dəfn edilənlərin sayı bu il 6610 nəfərə çatıb. Bosniya xalqı isə qətliamın 2000-dən çox qurbanını axtarmağa davam edəcək.

Srebrenitsa soyqırımı xatirə qəbiristanlığı
Bosniyalılar Artemisi(Srebrenitsa) ölüm Çiçəyi adlandırırlar.
Bosniya nöqteyi-nəzərindən demək:
“Mavi kəpənəklər həyatları boyu yaşamaq üçün bir çiçəyə ehtiyac duyurlar. Həmin çiçəkdə çöl çiçəyi Artemida çiçəyidir. Mütəxəssislər qəbiristanlıqların olduğu ərazilərdə onlarla hətta minlərlə bu çöl çiçəklərinə rast gəliblər. Daha sonra bunun niyə bu qədər çox olduğunu izah etdilər. Məlum olur ki, orada bitən və böyüyən Artemida çiçəkləri həmin torpaqda insan orqanizmindən ayrılan minerallar sayəsində qidalanıb, böyüyüblər. Buna görə də Artemida çiçəyini Bosniyada “ölüm çiçəkləri” adlandırırıq. O güllər bizim ailəmiz, qohumlarımız, dostlarımız, sevdiklərimizdir. Mavi kəpənəklər bizik. Ümidlərimiz. Dualarımız. Və biz nəhayət onlara uçacağıq və onlarsız yaşamağa çalışacağıq..."

Artemis Srebrenitsa ölüm çiçəyi
11 ləçəkli Srebrenitsa çiçəyi 11 iyul gününü, ortadakı yaşıl rəng dirçəlişi, ətrafındakı ağ rəng isə məsumluğu simvollaşdırır. Güllər həmin gün dünyasını dəyişən şəhidlərin və onların analarının hüznünü ifadə edir...
Müharibədə böyük təqiblərə məruz qaldınız. Siz zalımları bağışlamaqda və ya bağışlamamaqda azadsınız. Nə edirsən et, soyqırımı unutma. Çünki unudulmuş soyqırım təkrarlanır.

Srebrenitsa qadınları:
Ümid edirik ki, bu görüntülər bir daha təkrarlanmaz...
Mənbə: Wann art
Tərcümə etdi: Nuran Əhmədzadə
