
Quduzluq yoluxmuş heyvanla yanaşı insanları da təhdid etməkdə davam edir. Quduzluğa som vermək və inkişafının qarşısını almaq üçün peyvəndlərdən istifadə olunur.
Quduzluq peyvəndlə qarşısı alına bilən viral xəstəlikdir. Bu hal 150-dən çox ölkədə baş verir. Quduzluğun insanlara keçməsinin əsas mənbəyi peyvənd olunmamış itlərdir. Qorunmaq üçün itləri peyvənd etmək və it dişləməsinin qarşısını almaq lazımdır.
Quduzluq nədir
Quduzluq peyvəndlə qarşısı alına bilən, mərkəzi sinir sisteminə təsir edən zoonoz, viral xəstəlikdir. Quduzluğun klinik əlamətləri göründükdən sonra 100% ölümlə nəticələnir. Həm ev heyvanlarına, həm də vəhşi heyvanlara təsir edə bilər. Uşaqların peyvənd olunmamış heyvanlarla təmasda olmasına xüsusi diqqət yetirilməlidir.
Quduzluğun əlamətləri hansılardır
Quduzluğun yayılma müddəti adətən 2-3 aydır. Lakin virusun daxil olduğu yer və virus yükü kimi amillərdən - dişləmə yerindəki virusun miqdarından asılı olaraq 1 həftədən 1 ilə qədər dəyişə bilər. Bu səbəbdən it dişləməsindən sonra səhiyyə müəssisələrinə müraciət edən şəxslər dərhal peyvənd edilməlidir. Quduzluğun ilk əlamətləri qızdırma, ağrı və yara yerində qeyri-adi izlərdir.
Virus mərkəzi sinir sisteminə keçdikcə beyin və onurğa beynində ölümcül iltihab inkişaf edir. İnsanlarda quduzluğun klinik təzahürləri idarə oluna bilər. Lakin çox nadir hallarda müalicə olunur. Sağalma baş versə belə, ciddi nevroloji pozğunluqlar inkişaf edir.
İt dişləmələri ciddi qəbul edilməlidir
Əgər sizi it dişləyibsə dişlənmiş yeri dərhal 15 dəqiqə sabun və su ilə yuyun. Yaraların hərtərəfli yuyulmasından sonra quduzluq peyvəndi üçün dərhal bir tibb işçisi ilə məsləhətləşin. Bu ilk müdaxilələr həyat qurtarır.
Quduzluğun iki forması var
Qəzəbli quduzluq
Bu tip quduzluq hiperaktivlik, həyəcanlı davranış, halüsinasiyalar, koordinasiya çatışmazlığı, hidrofobiya (su qorxusu) və aerofobiya (təmiz hava qorxusu) ilə nəticələnir. Bir neçə gündən sonra ürək-tənəffüs tutulması səbəbindən ölüm baş verir.
Paralitik quduzluq
Paralitik quduzluq insanlarda quduzluq hallarının təxminən 20% -ni təşkil edir. Bu tip quduzluq daha az simptomlar göstərir. Qəzəbli quduzluq növündən daha uzun bir kurs keçir. Yara yerindən başlayaraq əzələlər tədricən iflic olur. Koma tədricən inkişaf edir və nəticədə ölüm baş verir. İt dişləməsindən sonra heç bir əlamət olmasa da, xəstəxanaya müraciət edib peyvəndə başlamaq lazımdır.
Quduzluq diaqnozu necə qoyulur
İnsanda quduzluq dəridə və ya tüpürcəklə yoluxmuş toxumalarda aşkar edilə bilər. Bu hal infeksiya inkişaf etdikdən sonra və ya ölümdən sonra müəyyənləşdirilir.
Quduzluq necə ötürülür
Quduzluq 99% quduz bir heyvanın dərin dişləməsi və ya cızılması ilə ötürülür. Quduzluğa yoluxmuş heyvanların tüpürcəyi insanın selikli qişası (məsələn, göz və ya ağız) və ya təzə dəri yaraları ilə birbaşa təmasda olduqda da ötürülə bilər. İnsandan insana dişləmə və ya tüpürcək yolu ilə ötürülməsi nəzəri cəhətdən mümkündür. Lakin heç vaxt təsdiqlənməmişdir.
Quduzluq yarasalardan da keçə bilər
ABŞ-də quduzluğun itlər vasitəsilə ötürülməsi halları əsasən baş vermir. Hematofaq yarasalardan gələn quduzluq Avstraliya və Qərbi Avropada yeni yaranan ictimai sağlamlıq təhlükəsidir.
Quduzluq ən çox harada yayılıb
Quduzluq Antarktidadan başqa bütün qitələrdə mövcuddur. Quduzluqdan ölənlərin 95%-dən çoxu Asiya və Afrikada yaşayır. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, quduzluq laqeyd qalmış tropik xəstəliklərdən (NTD) biridir. Əsasən yoxsul və həssas icmalara təsir göstərir. Quduzluğa qarşı təsirli insan peyvəndləri və immunoqlobulinlər mövcud olsa da, çox vaxt onlar asanlıqla əldə olunmur. Ehtiyacı olanlar üçün əlçatan olmur. Bu, quduzluğun hələ də yayılmağa davam edə bilən bir xəstəlik olmasının ən böyük səbəblərindən biridir.
Ümumdünya Səhiyyə Təşkilatına görə, peyvəndlə yanaşı uşaqlarda və böyüklərdə məlumatlılığın artırılması vacibdir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
