Oksford Universitetində fəaliyyət göstərən OurWordlnData dünyanın ən çox yeyən ölkələri və gün ərzində qəbul etdikləri kalorilərin miqdarını paylaşıb. Saytın son paylaşımı olan siyahıda 184 ölkə var.

Nəşr edilən məlumatlara görə, Bəhreyndə hər 10 böyükdən 4-ü obezdir. Bunun oturaq həyat tərzi və fast food istifadəsinin artması ilə əlaqəli olduğu müşahidə edildi. Tədqiqat üçün sorğu məlumatlarına görə 173 ölkədə insanların gündə 2000-dən çox kalori qəbul etdiyi və orta gündəlik hesabdan daha çox qida istifadə etdiyi aşkar edilmişdir.
184 ölkənin yer aldığı siyahının sonunda isə gündə orta hesabla 1641 kalori olan Mərkəzi Afrika Respublikası qərarlaşıb. Digər tərəfdən, piylənmənin artdığı və fast food yeməyin geniş yayıldığı ABŞ ikinci yerdədir.
Amerika Birləşmiş Ştatlarının Qida və Dərman İdarəsi (FDA) insanların gündə orta hesabla 2000 kalori qəbul etmələri barədə xəbərdarlıq edib. Bu rəqəm kişilərdə 2500 kaloriyə çata bilir, ancaq müəyyən edilmiş həddi aşmaq piylənmə kimi problemlərə yol aça bilər.
Dünyanın ən çox yeyən ölkələri və onların kaloriyası
Bəhreyn - 4012,45 kkal
ABŞ - 3868,28 kkal
İrlandiya - 3850,50 kkal
Belçika - 3824,21 kkal
Türkiyə - 3,762,08 kkal
Avstriya - 3738,94 kkal
Almaniya - 3647,81 kkal
İtaliya - 3620,56 kkal7
Qətər - 3 609,15 kkal
Rumıniya - 3599,76 kkal
Fransa - 3581,54 kkal
İsrail - 3570,94 kkal
Kanada - 3569,14 kkal
Polşa - 3538,61 kkal
Əlcəzair - 3,519,05 kkal
Lüksemburq - 3497,30 kkal
Portuqaliya - 3489,28 kkal
Norveç - 3472,52 kkal
Monteneqro - 3468,54 kkal
Hollandiya - 3460,48 kkal
Mənbə: Cumhuriyet
Tərcümə etdi: Namiq Atamalıyev
