Bu gün:

Savanna Qatri ailəsi itkin anasının qaytarılması üçün fidyə təklif edir


ABŞ-nin tanınmış telejurnalisti Savanna Qatri və ailəsi bir həftədir itkin düşən analarının təhlükəsiz qaytarılması üçün yeni video müraciət ediblər.

Video şənbə axşamı İnstaqramda yayımlanıb və Qatri iki qardaşı ilə birlikdə görünür. O, mesajda deyir: "Sizin mesajınızı aldıq və başa düşürük. İndi sizdən xahiş edirik ki, anamızı bizə qaytarın ki, onunla birlikdə bayram edə bilək". Video istinad edilən mesajın ətraflı məzmunu barədə heç bir məlumat vermir.

76 yaşlı Nensi Qatri keçən həftə sonu Arizona ştatının Tuson şəhərindəki evində gecə yarısı yoxa çıxıb. Rəsmi orqanlar onun öz iradəsindən kənar olaraq qaçırıldığına inanır.

Hadisə ilə bağlı yerli polis və FBI tərəfindən araşdırma davam edir. Ailə ictimaiyyətdən hər hansı bir məlumatı birbaşa polisə çatdırmağı xahiş edib.

Savanna Qatri NBC telekanalının "Today" səhər proqramının aparıcısı kimi tanınır.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et