İstanbulun Şişli rayonunda yaşayan iş adamı Musa Toykar evinin yataq otağından açılan yanğın pilləkənində ölü halda tapılıb. Hadisə prokurorluq tərəfindən “şübhəli ölüm” kimi qiymətləndirilib və araşdırmaya başlanılıb.

Məlumata görə, Musa Toykarla təxminən iki gündür əlaqə saxlaya bilməyən oğlu Mustafa Kerem Toykar İstanbula gələrək atasının yaşadığı mənzilə daxil olub. Lakin atasını evdə tapa bilməyib və mühafizəçilərə məlumat verib. Təhlükəsizlik kameralarına baxış zamanı Toykarın binanı tərk etmədiyi müəyyən edilib, lakin aparılan axtarışlara baxmayaraq, tapılmayıb.
Daha sonra o, oğlu və mühafizəçilər tərəfindən üzüstü vəziyyətdə, hərəkətsiz halda yerə uzanmış şəkildə aşkar edilib. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Həkimlərin ilkin baxışı nəticəsində Toykarın həyatını itirdiyi təsdiqlənib.
Bundan əlavə, Musa Toykarın 6 il 3 ay müddətinə qüvvəyə minmiş həbs cəzasının olduğu da üzə çıxıb. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə: haberler.com
Tərcümə etdi: Nuray Ədilzadə
