Bu gün:

"Qalatasaray"dan Mattias Svanberq üçün əla təklif


"Qalatasaray" Mattias Svanberqin müvəqqəti transferi üçün təklif irəli sürüb. Oyunçu ilə prinsipal razılıq əldə edən sarı-qırmızılılar "VfL Volfsburq" klubu ilə danışıqları davam etdirir.

Ara transfer dövründə mərkəz yarımmüdafiə xəttini gücləndirmək istəyən "Qalatasaray" Almaniya Bundesliqası təmsilçisi "VfL Volfsburq"da çıxış edən isveçli Mattias Svanberqi gündəminə alıb.

Sarı-qırmızılı komanda 26 yaşlı Svanberqin müvəqqəti transferi üçün rəsmi təklif göndərib.

İsveç millisinin üzvü olan futbolçu ilə prinsipial razılıq əldə edən "Qalatasaray" "Volfsburq" ilə danışıqları davam etdirir.

Bu mövsüm "Volfsburq" forması ilə 18 rəsmi oyunda meydana çıxan Mattias Svanberq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Boyu 1,85 metr olan Svanberq texniki bacarığı və oyunu oxuma qabiliyyəti ilə diqqət çəkir.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə 

Paylaş
Şərh əlavə et